Məhkəmə qərarları › İş №3(020)-2/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-2/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-2/2025 06.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru, polis kaöitanı X3, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1978-ci il tarixdə Laçın rayonu Qorçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, aiəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində yaşayan, Şəxs barəsində Beyləqan rayon polis şöbəsinin X11 Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində avtomobil idarəetmə hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Y.Q.K-Daşburun yolunun 8-ci kilometrliyində hərəkətdə olan zaman əks-istiqamətli hərəkət zolağına çıxıb ötmə əməliyyat edən zaman X5 idarə etdiyi, Zərərçəkmiş şəxs MMC-yə məxsus “İsuzu NMR 85 HD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “İsuzu NMR 85 HD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq ağaclara və qaz borusuna dəyərək Zərərçəkmiş şəxs MMC-yə məxsus “İsuzu NMR 85 HD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə lazımı qaydada məlumat verilsə də, həmin cəmiyyətin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru, polis kapitanı X6 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində avtomobil idarəetmə hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Y.Q.K-Daşburun yolunun 8-ci kilometrliyində hərəkətdə olan zaman əks-istiqamətli hərəkət zolağına çıxıb ötmə əməliyyat edən zaman X5 idarə etdiyi, Zərərçəkmiş şəxs MMC-yə məxsus “İsuzu NMR 85 HD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “İsuzu NMR 85 HD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq ağaclara və qaz borusuna dəyərək avtomobilə zərər dəymişdir. Hadisə barədə YPX-nin əməkdaşları tərəfindən ona məlumat verildikdən sonra dərhal həmin əraziyə getmiş və qəzanın baş vermə detallarını araşdıraraq yol-nəqliyyat hadisəsinin sxemini çəkmişdir. Araşdırma zamanı Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı məlum olmuşdur. Ona görə də Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində avtomobil idarəetmə hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Y.Q.K-Daşburun yolunun 8-ci kilometrliyində hərəkətdə olan zaman “İsuzu NMR 85 HD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxmış və idarə etdiyi avtomobillə toqquşmuşdur. Nəticədə “İsuzu NMR 85 HD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq ağaclara və qaz borusuna dəymişdir. Hadisə zamanı onun sürücülük hüququ olmamış, həmçinin avtomobil idarə edərkən sərxoş vəziyyətdə olmamışdır. Hadisə zamanı “İsuzu NMR 85 HD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərdə onun təqsiri yoxdur. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, Şəxs Y.Q.K-Daşburun yolunun 8ci kilometrliyində “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman əks-istiqamətli hərəkət zolağına çıxıb ötmə əməliyyat edərkən “İsuzu NMR 85 HD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” xx.xx.2024-cü il tarixli, 62 nömrəli protokoldan görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman sərxoş vəziyyətdə olmamışdır. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” xx.xx.2024-cü il tarixli, 61 nömrəli protokoldan görünür ki, X8 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmamışdır. Yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi haqqında "xxxx" MMC tərəfindən tərtib olunmuş 30 yanvar 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X5 idarə etdiyi, Zərərçəkmiş şəxs MMC-yə məxsus “İsuzu NMR 85 HD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5023 (beş min iyirmi üç) manat maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli etibarnamənin surətin görünür ki, Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində olan “İsuzu NMR 85 HD” markalı, **-AD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin idarə edilməsi X7 etibar edilmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixə qədər etibarlıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 dekabr 2024-cü il tarixli, 8/2442 saylı ekspert rəyindən görünür ki, “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qaşısını almağa texniki imkanı olmuşdur. Bundan əlavə “İsuzu NMR 85 HD” markalı, **-AD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 332.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs İXM-in 332.4-cü maddəsi ilə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılması üçün qayda pozucularına düzgün tənbeh təyin edilməsinin mühüm əhəmiyyəti vardır. İşin mübahisəsiz hallarına əsasən Şəxs məlum qayda pozuntusunu ehtiyatsızlıq və ya hadisənin təsadüfü axarı zəminində yəni, qəsdən törətməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı hesab edir ki, sonuncu barəsində cərimə növündə inzibati tənbeh tədbirinin təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1- ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və nitq qüsurlu əlil olmasını nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza xərci 128 (bir yüz iyirmi səkkiz) manat Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 2 (iki) saat üçün 12 (on iki) manat Beyləqan rayon Vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına ödənilsin. Qərarın surəti həmin hissədə icra üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar