Məhkəmə qərarları › İş №3(020)-200/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-200/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-200/2023 14.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Beyləqan rayonunda anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 62-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində Beyləqan rayon İH-nin inzibati binasının qarşısında daxil olaraq Beyləqan rayon İH-nin əməkdaşı Zərərçəkmiş şəxs Hümmətalı oğlunun ünvanına nəlayiq söyüşlər söyərək orada olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, ünvan 2 ünvanda daimi yaşayır. İkinci qarabağ müharibəsi iştirakçısı olmaqla 3-cü dərəcəli əlildir. Beyləqan rayonu İH-nə bir neçə dəfə işlə təmin olunması üçün müraciət etmiş, lakin onun müraciətinə baxılmamışdır. Ona görə də xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində Beyləqan rayon İcra hakimiyyətinin inzibati binasına gedərək İH-nin əməkdaşı olan İcra başçısı apartının müharibə veteranları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs otağına daxil olmuş və gödəkçəsinin cibində olan daşı çıxararaq Zərərçəkmiş şəxs onu işlə təmin etməyəcəyi təqdirdə İH-mom şüşələrini sındıracağını bildirmişdir. Daha sonra isə əsəbi vəziyyətdə olduğundan Zərərçəkmiş şəxs ünvanına təhqiredici ifadələr işlətmiş və oradan çıxıb getmişdir. Lakin o, həmin vaxt Zərərçəkmiş şəxs hər hansı formada hədələməmiş və onu vurmamışdır. Həmin vaxt o, əsəbi vəziyyətdə olduğundan özündə olmamışdır. Hazırda əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısı X1 rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı 31 yanvar 2023-cü il tarixli xidməti məktubdan görünür ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 62-də qeydiyyatda olan və yaşayan Şəxs Babaşov oğlu 30 yanvar 2023-cü il tarixdə Beyləqan rayon İH-nin inzibati binasına gələrək əməkdaşlardan pul tələb etmiş, vermədikləri halda binanın şüşələrini cibində gətirdiyi daşlarla qıracağını bildirmmiş, daha sonra isə binanın içərisində üst geyimini soyunaraq altına sərib uzanmışdır. İH-nin mühafizəçisi tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin qazi olduğundan ona heç kəsin heçnə edə bilməyəcəyini bildirmişdir. Bundan əlavə həmin gün axşam saatlarında yenidən təkrar olaraq İHnin inzibati binasına gələrək İH-nin əməkdaşı olan İlqar əliyevin xidməti avtomobilinin hansı olması barədə mühafizəçiyə sual vermiş və İ.Əliyevin xidməti avtomobilinin şüşələrini sındıracağını demişdir. Ona görə də Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində Beyləqan rayon İH-nin inzibati binasının qarşısında daxil olaraq Beyləqan rayon İH-nin əməkdaşı Zərərçəkmiş şəxs Hümmətalı oğlunun ünvanına nəlayiq söyüşlər söyərək orada olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. İşdə olan 30 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati icraat açılmışdır. Şəxs Beyləqan rayon İcra hakimiyyətinin inzibati binasında xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları və özünün etirafı ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ikinci qarabağ müharibəsi iştirakçısı, həmçinin 3-cü qrup əlil olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar