Məhkəmə qərarları › İş №3(020)-200/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-200/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-200/2024 11.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X6, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, X1 iştirakı ilə xx.xx.1974-cü ildə Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-940/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay sabit pul məbləğində iki uşağın saxlanması üçün 300 manat aliment tutularaq X4 verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-940/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay sabit pul məbləğində iki uşağın saxlanması üçün 300 manat aliment tutularaq X4 verilməsi qət edilmişdir. Əvvəllər icra sənədi üzrə alimenti bir neçə dəfə vaxtında ödəmiş, lakin sonradan maddi imkanı olmadığından icra sənədi üzrə alimenti hər ay vaxtında ödəyə bilməmiş, nəticədə icra sənədi üzrə 1190 manat aliment borcu yaranmışdır. Bundan başqa uşaqlardan birinin 18 yaşı tamam olduğuna görə uşağın birinin alimentinə xitam verilmişdir. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış icra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, rəsmi olaraq heçbir yerdə işləmir, gündəlik fərdi işlərlə məşğul olaraq əldə etdiyi qazancı özünün dolanışığına ancaq kifayət edir. İcra sənədi üzrə aliment borcunu ödəmək üçün maddi imkanı yoxdur. Ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-940/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay sabit pul məbləğində iki uşağın saxlanması üçün 300 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcundan bu günədək ona fevral ayında bir dəfə 450 manat ödəniş etmiş, bundan sonra isə müxtəlif bəhanələr edərək alimenti ödəməkdən boyun qaçırmışdır. Hazırda icra sənədi üzrə 1190 manat aliment borcu vardır. İcra sənədi üzrə göstərilən borcunun hazırda tam olaraq ödənilməsini tələb edir. Əks təqdirdə Şəxs şikayətçidir. Onun barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-940/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay sabit pul məbləğində iki uşağın saxlanması üçün 300 manat aliment tutularaq X4 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə alimenti ödəməsi üçün barəsində qanuni icra tədbirləri görülmüş, icra sənədi üzrə bir dəfə olmaqla 450 manat ödəniş etmiş, lakin sonradan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 1190 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu bu günədək ödəməmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə alimenti ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-940/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs hər ay sabit pul məbləğində iki uşağın saxlanması üçün 300 manat aliment tutularaq X4 verilməsi qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 mart 2024-cü il tarixdən, saat 12:20-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar