Məhkəmə qərarları › İş №3(020)-200/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-200/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-200/2025 05.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Mil-Muğan regional şöbəsinin 17 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Mil-Muğan regional şöbəsinin 17 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən X5 şikayətini onunla əsaslandırmışdır ki, ƏƏSMN-nin Əmək Müfəttişliyinin MMRŞ-i tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə edilmişdir. Cərimənin yazılma səbəbi rəhbərlik etdiyi Beyləqan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi X3 dərs prosesində yıxılması nəticəsində xəsarət alması olmuş və bu hadisənin nəzarət səlahiyyəti olan aidiyyəti orqana bildiriməməyi olmuşdur. İlk öncə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarına əsasən tənzimlənir. Həmin qaydaların 1,3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət dedikdə əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Belə ki, həmin qaydaların 1.9-cu bəndinə əsaəsn bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. Qaydaların 1.9-cu bəndində qeyd edildiyi kimi X3 həmin gün 13:00 radələrində ona zəng edərək sinif otağında dərs prosesi zamanı yıxıldığını bildirirək ona otağa gəlməsini xahiş etmişdir. Qeyd etmişdir ki, rəhbərlik etdiyi məktəb iki növbəlidir və hadisə zamanı A.İmanova 5-ci sinif uşaqlarına dərs keçirmiş. Dərhal otağa daxil olmuş və hadisənin təfərrüatlarını öyrənmiş və xəsarətin harada olmağı barədə şifahi məlumat əldə etmişdir. A.İmanova yıxıldığı barədə məlumatı natamam verərək otağın aşağı döşəmə hissəsində ayağının ilişdiyini və yıxıldığını bildirmişdir. Beləki, göndərilən rəsmi sənədlərdə A.İmanovanın rəsmi xəstəxanada çəkdirdiyi sənədlərdə isə onun orada qol və ya qıçının xx.xx.2025-ci il 11:24-də olduğu görülür. Həmin saatda o, məktəbdə olmuş və xəstəxanada olmamışdır. Təsdiq edici sənəd kimi həmin saatda jurnalda yazıları vardır. Lakin onun guya yıxılma vaxtı saat 13:00 tarixində olmuşdur. Qaydaların 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Qeyd edir ki, X3 isə harda yıxılmağı və həqiqətən orada yıxılmağı naməlumdur. X8 ondan icazə alaraq səhhətində yaranmış problemə görə xəstəxanaya getdiyini bildirmişdir. Sonra qeyri-rəsmi olaraq əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə xəstəlik vərəqəsi gətirəcəyini və nəzərə alınmasını ondan xahiş etmişdir. Ona nə olduğunu soruşanda isə heç bir şey olmadığını və yaxşı olduğunu bildirmişdir. Bir müddət keçəndən sonra mənə qeyri-rəsmi “vatsappdan” və “telefondan” zəng edərək qolunun sınması incilməsi diaqnozu qoyulduğunu və bu hadisəyə görə səbəbkarın onun olduğunu bildirirək onu təhdidlər etmişdir. Həmçinin A.İmanova ilə bağlı Əmək Müffətlişliyinin cəriməsi mövcud qaydalara ziddir. Məlumdur ki, qanunda xəsarətin dərəcəsindən aslı olmayan hallar yazılsa da xəsarətin olub-olmadığını o, necə bilə bilərdi və həmin hadisəni o, şəxsən görməmiş və hətda hadisənin olmağı belə şübhəlidir. Çünki həmin şəxsin ona şəxsi qərəzliyi mövcud olduğu kimi guya A.İmanovanın xəsarətinin rəhbərlik etdiyi məktəbdə olmağıda qeyri-məlumdur. Qaydalarda isə yalnız və yalnız iş yerində olan xəsarətlərdən söhbət gedir. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Mil-Muğan regional şöbəsinin 17 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarına əsasən onun barəsində cərimə tətbiq edilərkən ona müvafiq sənədlər göndərilmişdir. Ona edilən hər hansı rəsmi müraciət mövcud deyildir. Ona görə də yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən xitam edilməsi barədə qərar çıxarmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də, məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati tənbehvermə haqqında qərardan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Mil-Muğan regional şöbəsinin 17 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan şəhər. N.Allahverdiyev adına 1 nömrəli məktəbin tarix müəllimi X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Müfəttişliyi Xidmətinə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-5/1-İ-11324/2025 nömrəli şikayətdən görünür ki, Beyləqan şəhər. N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə 5c sinifində dərs prosesində olarkən sinif otağının döşəməsinin yararsız vəziyyətdə olması səbəbindən yıxılaraq sağ qolunun mil sümüyü nahiyəsindən sınması barədə və bundan sonra beyləqan rayon Mərkəzi xəstəxanasına müraciət edərək ilkin tibbi yardım aldığını bildirmişdir. Azərbaycan Respublikası “TƏBİB” X23 “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X23n vətəndaşın öz sorğusu əsasında verdiyi xx.xx.2025-ci il tarixli, 24 nömrəli məktubundan görünür ki, Füzuli rayon qeydiyyatında olan xx.xx.1991-ci il təvəllüdlü X8 xx.xx.2025-ci il tarixdə, saat 14:01 radələrində Beyləqan Rayon Mərkəzi X11 X18 “Sol mil sümüyünün yuxarı ucunun sınığı” diaqnozu ilə daxil olmuşdur. Xəstəyə ilkin tibbi yardım göstərilmiş və evə buraxılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Beyləqan Rayon Təhsil Şöbəsi Beyləqan şəhəri, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbinin direktoru Gülbəniz Cəfərova tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Mil-Muğan regional şöbəsinin rəisi Şahin Əzizova ünvanlanan 27 fevral 2025-ci il tarixli, 17 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə Beyləqan şəhəri, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi X3 məktəbin 1-ci mərtəbəsində yerləşən, onun dərs dediyi 5c sinifində döşəmənin yararsız və özünün ehtiyatsızlığı səbəbindən ayağı ilişib yıxılaraq zədə alması, həmin gün A.İmanova Beyləqan RMX-na müraciət etmiş və ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən “Güvən Klinikası”na müraciət etmiş və hal-hazırda mualicə olunduğu bildirilmişdir. Həmçinin A.İmanovanın xəsarət alması ilə əlaqədar aparılan təhqiqat üçün komissiyaya məktəbin həmkarlar təşkilatının sədri X6 və hərbi rəhbər Dəyanət Namazovun üzv qəbul edilməsi xahiş olunmuşdur. Beyləqan şəhər N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin müəllimləri X7, X13, X9, X10 və X2 iştirakı ilə tərtib edilmiş 24 fevral 2025-ci il tarixli aktdan görünür ki, məktəbin tarix müəllimi X8 24 fevral 2025-ci il tarixdə məktəbin 5c sinifində 1-ci saat azərbaycan tarixi dərsində olarkən yıxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Mil-Muğan regional şöbəsinin 17 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Beyləqan şəhəri, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir ondan ötrü ki, məktəbdə tarix müəllimi işləyən X4 iş vaxtı, xx.xx.2025-ci il tarixdə saat 13:15 radələrində məktəbin 5c sinifinə dərs keçərkən sinifdə döşəmənin yararsız olması səbəbindən ayağı ilişərək yıxılması nəticəsində xəsarət alması ilə bağlı Azərbaycan respublikası Əmək Məcəlləsinin 217.1-ci maddəsində nəzərdə tutulan qaydaları pozaraq istehsalatda baş vermiş bədbəxt hadisə zamanı yıxılaraq xəsarət alması barədə hadisə baş verən gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə məlumat verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının: 1.1-ci bəndinə görə bu Qaydalar qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. 1.2-ci bəndinə görə işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;.. 1.3-cü bəndinə görə istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. 1.7-ci bəndinə görə işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin yerli bölməsinə (və ya birbaşa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 555.1-ci maddəsinə görə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə- min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Beyləqan şəhəri, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi X8 24 fevral 2025-ci il tarixdə, məktəbin 5c sinifinə dərs keçərkən sinifdə döşəmənin yararsız olması səbəbindən ayağı ilişərək yıxılması nəticəsində xəsarət alması və bundan sonra Beyləqan rayon MX-nın Acil şöbəsinə müraciət edərək, ilkin tibbi yardım göstərilmişdir. Beyləqan şəhəri, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbinin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanladığı məktubundan görünür ki, o, X8 24 fevral 2025-ci il tarixdə, məktəbin 5c sinifinə dərs keçərkən sinifdə döşəmənin yararsız olması səbəbindən ayağı ilişərək yıxılması barədə məlumatlı olmuşdur. Lakin Beyləqan şəhəri, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbinin direktoru X5 rəhbəri olduğu məktəbin tarix müəlliməsi olan X3 xx.xx.2025-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə zamanı yıxılaraq xəsarət alması barədə hadisə baş verən gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə məlumat vermədiyindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Mil-Muğan regional şöbəsinin 17 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Mil-Muğan regional şöbəsinin 17 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar