Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-201/2023 15.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, orta təhsilli, evli, iki uşaq atası, işsiz, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan, Naxçıvan MR, Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən Hərbi şəhərcikdə yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1104/2020 saylı 24 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 900 manat məbləğində borc pul və 30 manat dövlət rüsumu alınaraq X1 verilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra Şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1104/2020 saylı 24 avqust 2020-ci il tarixli icra sənədinə əsasən ondan 900 manat məbləğində borc pul və 30 manat dövlət rüsumu alınaraq X1 verilməlidir. İcra sənədi üzrə borcundan maddi imkanı olmadığından heç bir ödəniş etməmiş, icra sənədinin könüllü icrası barədə icra məmuru tərəfindən ona vaxt verilmişdir. Lakin verilmiş müddət ərzində cinayət törətmiş və CM-nin 228.1 və 228.4-cü maddələri cinayət törətdiyindən həbs olunmuş və həbsdə olduğu müddət ərzində icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. xx.xx.2022-ci il tarixdə cəzaçəkmə müəssəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan bir neçə ay sonra rayon polis şöbəsinin əməkdaşları onu saxlayaraq barəsində məhkəmənin məcburigətirmə qərarı olduğunu bildirmiş və polis əməkdaşları ilə birlikdə Beyləqan rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. İcra şöbəsində icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunun ödənilməsi tələb olunmuşdur. İcra sənədi üzrə olan borcundan hazırda 50 manat ödəniş etmiş, qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyinə söz vermişdir. İşsizdir. Fəhləlik edərək qazandığı pulu özünün və ailəsinin dolanışığına sərf edir. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1104/2020 saylı 24 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 900 manat məbləğində borc pul və 30 manat dövlət rüsumu alınaraq X1 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə olan borcundan indiyədək ödəniş etməmiş nəticədə icra sənədi üzrə borcu ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Çağırışlarına gəlmədiyinə görə Şəxs barəsində məcburigətirmə qərarı verilməsi üçün məhkəməyə vəsatət vermiş, məhkəmə Z.Əhmədovun barəsində məcburigətirmə qərardadı çıxararaq icrası üçün Beyləqan rayon PŞ-ə göndərmişdir. Zamiq Əliyev polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmiş, icra şöbəsində verdiyi izahatında CM-nin 228.1-ci və 228.4-cü maddələri ilə cinayət törətdiyini, cəzaçəkmə müəssəsindən xx.xx.2022-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azadlığa buraxıldığını, həmçinin hazırda borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Hazırda tələbkara olan borcundan 50 manat ödəmiş, qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1104/2020 saylı 24 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 900 manat məbləğində borc pul və 30 manat dövlət rüsumu alınaraq X1 verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Camal Alıyevin izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs borcunu ödəməkdən boyun qaçırmamış, lakin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra cinayət törətdiyinə görə həbsdə olmuş, həbsdən xx.xx.2022-ci il tarixdə şərti olaraq azadlığa buraxılmışdır. Hazırda icra sənədi üzrə borcundan 50 manat ödəmiş, qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs xx.xx.2022-ci il tarixədək həbsdə olmuşdur. Hazırki tarixdə isə icra sənədi üzrə 50 manat tələbkarın hesabına ödəmişdir. Qalan borcu hissəhissə ödəyəcəyinə söz vermişdir. Onun icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-201/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-201/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver