Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-201/2024 11.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, ailəli, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2152/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 3(020)-1029/2023 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2152/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. Maddi imkanı olmadığından icra sənədi üzrə alimenti ödəyə bilməmiş, nəticədə icra sənədi üzrə aliment borcu ödənilməmiş qalmışdır. İcra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icra şöbəsinə çağırılmış və aliment borcunu ödəməsi tələb edilmişdir. Aliment borcunu ödəyə bilmədiyindən icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək məhkəməyə verilmişdir. Beyləqan rayon məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 3(020)-1029/2023 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra icra sənədi üzrə alimenti və yaranmış aliment borcundan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 2200 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış və icra sənədi üzrə olan aliment borcunu ödəməsi tələb edilmişdir. İcra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, himayəsində xəstə anası var, həmçinin rəsmi olaraq heç yerdə işləmir. Gündəlik fərdi işlərlə məşğul olaraq əldə etdiyi qazancı özünün dolanışığına ancaq kifayət edir. Hazırda icra sənədi üzrə aliment borcundan yalnız 500 manat ödəniş edə bilər. Gələcəkdə maddi imkanı olarsa borcunu alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2152/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. İlqar Alıyev icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində 12 dekabr 2023cü il tarixdə protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 2200 manat aliment borcu bu günədək ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş və izahat verərək himayəsində xəstə anasının olduğunu, maddi imkanı olmadığını bildirərək icra sənədi üzrə aliment borcundan ödəniş edə bilməyəcəyini bildirmişdir. Tələbkar isə çoxsaylı şikayətlər edərək alimentin ödənilməsini tələb etmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2152/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Xudaverənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 3(020)-1029/2023 saylı qərarından görünür ki, Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etmədiyinə görə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Beyləqan rayon məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 3(020)-1029/2023 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməməsi, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 mart 2024-cü il tarixdən, saat 12:50-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-201/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-201/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver