Məhkəmə qərarları › İş №3(020)-202/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-202/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-202/2024 11.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, üç uşaq atası, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-953/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 8.000 manat pul alınıb X1 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-953/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən ondan 8.000 manat pul alınıb X1 verilməlidir. bildirdi ki, vətən müharibəsi iştirakçısıdır. Əvvəllər Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edən zaman icra sənədinin icrası onun əmək haqqına yönəldilmiş, bir neçə ay olmaqla icra sənədi üzrə borcuna görə ümumilikdə əmək haqqından 1891 manat pul tutularaq tələbkara verilmişdir. Lakin sonradan işdən çıxdığından maddi imkanı olmadığına görə icra sənədi üzrə ödənişlər etməmiş, nəticədə icra sənədi üzrə 6109 manat borcu ödənilməmiş qalmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış icra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, rəsmi iş yeri yoxdur, hazırda Bakı şəhərində işə düzəlmişdir., lakin əmək haqqı almamışdır. İcra sənədi üzrə borcunu gələckdə imkanı olarsa ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-953/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 8.000 manat pul alınıb X1 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə borcunu ödəməsi üçün onun iş yerinə əmək haqqından tutulma ilə bağlı göstəriş verilmiş, bir neçə ay olmaqla əmək haqqından ümumilikdə 1891 manat tutularaq tələbkara ödənilmiş, lakin sonradan işdən çıxıdığına görə tələbkara heç bir ödəniş etməmiş və tələbkar müxtəlif instansiyalara şikayət edərək icra sənədi üzrə qalan 6109 manat borcun ödənilməsini tələb edir. Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə qalan borcundan heç bir ödəniş etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə qalan borcunu bu günədək ödəməmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, hazırda icra sənədi üzrə qalan borcunu ödəmək üçün maddi imkanı yoxdur. Ona vaxt verilərsə gələcəkdə hissə-hissə ödəyəcəkdir. Tələbkar borcun tam olaraq ödənilməsini tələb edir. Ona görə də Şəxs barəsində protokol tərtib edərək məhkəməyə gətirmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-953/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs 8.000 manat pul alınıb X1 verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə qalan borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da qalan borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində aşağı həddə inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 mart 2024-cü il tarixdən, saat 13:15-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar