Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-203/2023 02.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Beyləqan rayonu, Allahyarlı kəndində anadan olmuş,ali təhsilli, fərdi əməklə məşğul olan, evli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Allahyarı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 fevral 2023-cü il tarixdə, saat 22:50 radələrində idarə etdiyi “VAZ 21124” minik markalı, **-OS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhərində hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Beyləqan rayon YPXB-nin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında inzibati xəta əməlini etiraf etdi və izahatında göstərdi ki, xx.xx.2023-cü ildə saat 22:50 radələrində idarə etdiyi “VAZ 21124” minik markalı, **-OS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Beyləqan şəhəri ərazisində hərəkətldə olan olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Beyləqan rayon YPXB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt ondan spirt qoxusu gəldiyi üçün polis əməkdaşları tərəfindən Beyləqan rayon mərkəzi xəstəxanasına gətirilərək içkili olub-olmaması barədə alkotester yoxlaması aparılmış, yoxlama zamanı onun spirtli içki qəbul etdiyi müəyyən edilmişdir. Həmin gün az miqdarda spirtli içki qəbul etdiyinə görə sərxoşluq muayinəsi zamanı sərxoş olmasını aparat göstərmişdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokladan görünür ki, Şəxs 06 fevral 2023-cü il tarixdə, saat 22:50 radələrində idarə etdiyi “VAZ 21124” minik markalı, **-OS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhəri ərazisində hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Beyləqan rayon DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsi özünün izahatı ilə yanaşı, iş materialları və həkim rəyi ilə kifayət qədər sübuta yetrilmişdir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 06 fevral 2023-cü il tarixli 168 saylı protokoldan görünürki Şəxs hadisə vaxtı 1.07 promil sərxoşluq vəziyyətində olmuşdur. Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsi özünün izahatı ilə yanaşı, iş materialları və həkim rəyi ilə kifayət qədər sübuta yetrilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, onun təqsirinin dərəcəsini, ilk dəfə olaraq inzibati xəta törətməsini və şəxsiyyətini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nurullayev Ramiz
Məhkəmə qərarları › İş №3(020)-203/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-203/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver