Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-203/2024 11.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində yerləşən özünə məxsus evdə muvafiq sənədləri olmayan bir ədəd 74875 nömrəli ov tüfəngininin daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə, yaşadığı evdə olan zaman yoldaşı onu bir nəfər polis əməkdaşı çağırdığını bildirmiş, o, yaşadığı evdən çölə çıxan zaman polis əməkdaşı özünü ona təqdim edərək ona məxsus evdə ov tüfəngi olduğu barədə polisə məlumat daxil olduğunu bildirmiş və bu barədə ondan soruşmuşdur. O, polis əməkdaşına babasından qalma bir ədəd ot tüfəngi olduğunu polis əməkdaşına bilmişdir. Polis əməkdaşı ondan evində olan ov tüfənginin muvafiq sənədlərinin olub-olmadığını soruşmuş, O, həmin ov tüfənginin ona babasından yadigar qaldığına görə heç bir sənədlərinin olmadığını bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşına təhvil vermiş, özü də polis əməkdaşı ilə birlikdə rayon PŞ-nə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı X1 rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, rayonun Kəbirli kəndi ərazisində xidmətdə olan zaman kənd sakini Şəxs evində ov tüfəngi olduğu barədə əməliyyat məlumatı almış və ona görə də Şəxs qapısına getmişdir. Şəxs çağıraraq özünü təqdim etmiş və ondan evində silah olub olmadığını soruşmuşdur. Şəxs evində ov tüfənginin olduğunu və həmin tüfəngin ona babasından yadigar qaldığını və ona görə də heç bir sənədinin olmadığını bildirmişdir. Ona görə də ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün bir ədəd 74875 nömrəli ov tüfəngini və Şəxs rayon PŞ-nə gətirmişdir. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd 74875 nömrəli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-203/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-203/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver