Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-204/2024 11.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, işsiz, Beyləqan şəhəri, M.Əzizbəyov küçəsi ev 51-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-268/2020 saylı, 04 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs əsas borca görə 6519 manat və dövlət rüsumu kimi ödənilmiş 16 manat pul alınıb "xxxx" MMC-yə verilməsi qət edilmişdir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-268/2020 saylı, 04 avqust 2020-ci il tarixli icra sənədinə əsasən ondan əsas borca görə 6519 manat və dövlət rüsumu kimi ödənilmiş 16 manat pul alınıb "xxxx" MMC-yə verilməsi qət edilmişdir. İcra səndi üzrə borcunu ödəməsi üçün rayon İcra şöbəsindən onun ünvanına bir neçə dəfə çağırış məktubu göndərilmiş, icra məmurunun çağırış məktubunu aldıqdan sonra icra şöbəsinə getmiş və icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunu ödəmək üçün 10 gün könüllü vaxt verilmişdir. Həmin vaxt icra məmuruna hazırda maddi imkanının olmadığını, lakin tezliklə icra sənədi üzrə borcundan bir qismini ödəyəcəyini bildirmişdir. Lakin rəsmi olaraq işləmədiyindən və maddi imkanı olmadığından icra sənədi üzrə borcundan tələbkar təşkilata ödəniş edə bilməmişdir. Belə ki, gündəlik fərdi işlərlə məşğul olaraq əldə etdiyi qazancını özünün və ailəsinin dolanışığına sərf edir. İcra sənədi üzrə borcunu ödəmək üçün maddi imkanı olmur. Beyləqan rayon Pş-nin əməkdaşları tərəfindən ona barəsində axtarış haqqında qərar olması barədə məluçat verilmiş və ona görə də rayon icra şöbəsinə getmişdir. İcra məmuru onunla söhbət apararaq borcunu tam olaraq ödəməsini ondan tələb etmiş, lakin icra məmuruna borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də icra məmuru barəsində inzibati xəta haqqında protokol tərtib edərək onu məhkəməyə gətirmişdir. Məhkəməyə gələn zaman ailə üzvlərinə və qohumlarına məhkəməyə aparıldığını bildirmiş və hazırda qohumlarının köməyi ilə icra sənədi üzrə borcundan tələbkar təşkilata 1000 manat ödəniş etmiş, qalan borcunu isə hər ay hissə ödəyəcəkdir. İcra sənədi üzrə borcundan hazırda 1000 manat ödədiyini, icra sənədi icra etməkdən boyun qaçırmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-268/2020 saylı, 04 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs əsas borca görə 6519 manat və dövlət rüsumu kimi ödənilmiş 16 manat pul alınıb "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Borclu Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə borcunu bugünədək heç bir ödəniş etməmişdir. Onun çağırışı əsasında Şəxs rayon İcra və probasiya şöbəsinə gəlmiş, icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə borcunu ödəmək üçün ondan zaman istəmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs təkrar bildiriş göndərilmişdir. İcra sənədi üzrə borcunu ödəmək üçün Şəxs vaxt verilməsinə baxmayaraq icra sənədi üzrə borcunu uzun müddət ödəməmiş və ona görə də Şəxs barəsində axtarış verərək icrası üçün rayon PŞ-nə göndərmişdir. Şəxs polis əməkdaşlarının göstərişindən sonra icra şöbəsinə gəlmiş və icra şöbəsində izahat verərək icra sənədi üzrə borcundan hazırda heç bir edə bilməyəcəyini bildirmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Şəxs hazırda məhkəməyə gətrildikdən sonra icra sənədi üzrə borcundan 1000 (bir min) manat ödəyəcəyini qalan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-268/2020 saylı, 04 avqust 2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs əsas borca görə 6519 manat və dövlət rüsumu kimi ödənilmiş 16 manat pul alınıb "xxxx" MMC-yə verilməsi qət edilmişdir. İş materialına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, icra sənədi üzrə borclu Şəxs icra sənədi üzrə borclu olduğu puldan 1000 (bir min) manat borcu tələbkar "xxxx" MMC-nin hesabına ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Elgiz Rzayevin izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs icra sənədi üzrə borcunu maddi imkanı olmadığından ödəməmiş, hazırda isə icra sənədi üzrə borcundan 1000 manat pul tələbkar təşkilatın hesabına ödəmiş, qalan borcunu isə hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, icra sənədi üzrə borcu Şəxs icra sənədi üzrə borcundan 1000 (bir min) manat pulu tələbkar "xxxx" MMC-nin hesabına ödəmişdir. Qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-204/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-204/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver