Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-205/2024 12.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Beyləqan şəhəri, M.Müşviq küçəsi ev 5-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində Beyləqan şəhəri “Magistral” küçəsində idarə etdiyi “Kamaz 53212” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Lükoil” YDM-də yanacaq doldurmağa girərkən idarə etdiyi avtomobili YDM-nin qiymət tablosuna vurmuş və hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı “Lükoil” YDM-nə maddi zərər dəymişdir. Bununlada Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməllərini törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində idarə etdiyi “Kamaz 53212” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı kamazla Beyləqan şəhəri “Magistral” küçəsində yerləşən “Lükoil” YDM-nə yanacaq doldurmaq məqsədi ilə girmək istəyərkən kamazın yük yerində olan yonca bağlaması “Lükoil” YDM-nin qiymət tablosuna dəyərək tablonu sındırmışdır. Həmin vaxt yanacaqdoldurma məntəqəsinin nəzarətçisi ona yaxınlaşmış və həmin şəxsə üstündə pul olmadığını bildirmiş və şəxsiyyət vəsiqəsini təqdim edəək dəymiş zərəri ödədikdə vəsiqəsini götürəcəyini bildirmişdir. Lakin yanacaqdoldurma məntqəsinin nəzarətçisi onunla razılaşmamış, dəymiş zərəri yerində ödəyəcəyini bildirmişdir. O, da üstündə pul olmadığına görə oradan çıxıb getmişdir. Hadisədən sonra yanacaqdoldurma məntəqəsinə dəymiş maddi zərəri ödəmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş “Lükoil” Yanacaqdoldurma mənətəqəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq öz nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə işə zərərçəkmiş “Lükoil” Yanacaqdoldurma mənətəqəsinin nümayəndəsinin iştirakı olmadan baxılmağı mümkün hesab etdi. İş üzrə şahid qismində dindirilən X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan şəhəri “Magistral” küçəsində yerləşən “Lükoil” YDM-də nəzarətçi işləyir. xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində işlədiyi yanacaqdoldurma məntəqəsində olan zaman “Kamaz 53212” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı yük kamazı yanacaqdoldurma məntəqəsinə yanacaq doldurmağa daxil olan zaman kamazın yük yerinə normadan artıq yük yığdığından yük yerindən kənara çıxan yonca presi yanacaqdoldurma məntəqəsinin qiymət tablosuna dəymiş və qiymət tablosu qırılaraq yarasız vəziyyətə düşmüşdür. O, hadisədən sonra kamazın sürücüsü ona yaxınlaşmış və dəymiş maddi zərəri ödəməsini tələb etmiş, lakin həmin şəxs ona məhəl qoymamış və hadisə yerindən uzaqlaşıb getmişdir. Hazırda YDM-nin tablosunun qırılması nəticəsində dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində Beyləqan şəhəri “Magistral” küçəsində idarə etdiyi “Kamaz 53212” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Lükoil” YDM-də yanacaq doldurmağa girərkən idarə etdiyi avtomobili YDM-nin qiymət tablosuna vurmuş və hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı “Lükoil” YDM-nə 200 manat maddi maddi zərər dəymiş, Şəxs həmin zərəri ödəmişdir. Məhkəmə inzibati xəta əməli törətmiş şəxs Şəxs, iş üzrə şahid “Lükoil” YDM-nin nəzarətçisi X1 izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə müəyyən edildi ki, hadisə zamanı “Lükoil” YDM-nə dəymiş zərər Şəxs tərəfindən aradan qaldırılmışdır. “Lükoil” YDM-nin nəzarətçisi X1 məhkəmə iclasında zərərlə bağlı heç bir tələbləri olmamışdır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməllərini törətməkdə təqsirli bilinməli maddənin sanksiyasına uyğun olaraq cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-205/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-205/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver