Məhkəmə qərarları › İş №3(020)-206/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-206/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-206/2023 06.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X2 İmişli Regional İdarəsinin etibarnaməli nümayəndəsi kiçik inspektor X1 iştirakı ilə, xx.xx.1965-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X2 İmişli Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X2 İmişli Regional İdarəsinin əməkdaşları tərəfindən 15 fevral 2023-cü il tarixdə Beyləqan şəhəri Magistral küçəsində xidmət apararkən, Şəxs idarə etdiyi “Mercedes Benz 208D” markalı, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla qanunsuz sərnişindaşıma fəaliyyəti həyata keçirərkən idarənin əməkdaşlarının qanuni tələbinə baxmayaraq qanunla müəyyən olunmuş sənədləri təqdim etməkdən imtina etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində göstərilən inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin Şəxs işə baxılması ilə əlaqədar olaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X2 İmişli Regional İdarəsinin etibarnaməli nümayəndəsi kiçik inspektor X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, 15 fevral 2023-cü il tarixdə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin Yevlax Regional Şöbəsinin əməkdaşları ilə birlikdə Beyləqan şəhəri Magistral küçəsində xidməti reyd zamanı “Mercedes Benz 208D” markalı, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs qanunsuz, yəni (fərqlənmə nişanı) olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olması onlar tərəfindən aşkar olunmuşdur. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Sürücüyə törətdiyi inzibati xətanın mahiyyəti izah olunaraq barəsində inzibati protokol tətib olunacağı barədə xəbərdarlıq edilmiş, protokolla bağlı izahat vermək, protokola imza etməsi barədə tələb edilmişdir. Lakin sürücü Şəxs inzibati protokolun surətini qəbul etməkdən və protokola imza etməkdən imtina etmişdir. Göstərilənlərin nəzərə alınmasını, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X2 İmişli Regional İdarəsinin əməkdaşları tərəfindən 15 fevral 2023-cü il tarixdə Beyləqan şəhəri Magistral küçəsində xidmət apararkən, Şəxs idarə etdiyi “Mercedes Benz 208D” markalı, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla qanunsuz sərnişindaşıma fəaliyyəti həyata keçirərkən idarənin əməkdaşlarının qanuni tələbinə baxmayaraq qanunla müəyyən olunmuş sənədləri təqdim etməkdən imtina etmişdir. Beləliklə məhkəmə iclasında Şəxs 15 fevral 2023-cü il tarixdə, Beyləqan şəhəri Magistral küçəsində xidmət aparan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan X2 İmişli Regional İdarəsinin əməkdaşlarının qanuni tələbinə əməl etməməsi kifayət qədər sübuta yetmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2 -ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin sanksiyasına uyğun olaraq cərimə növündə inzibati tənbehin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar