Məhkəmə qərarları › İş №3(020)-206/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-206/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-206/2024 12.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1970-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, Beyləqan şəhəri, G.Əsədov küçəsi ev 55-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə S.Qaziyeva küçəsinin kəsişməsində idarə etdiyi “Vaz 21074” markalı **-VS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman sərxoş vəziyyətdə olduğundan idarəetməni itirmiş və qarşıda hərəkətdə olan “Vaz 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı X3 məxsus avtomobilə zərər dəymişdir. Bununlada Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü və 333-1.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, ünvan 1 ünvanda yaşayır. İdarə etdiyi “VAZ-21074” markalı, **- SV-*** d/n-lı avtomobil arvadı X4 adınadır. Avtomobil birgə mülkiyyətlərində olduğu üçün avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində o, idarə etdiyi “Vaz 21074” markalı **-VS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhər M.Ə.Rəsulzadə küçəsi ilə hərəkət edərək, S.Qazıyeva küçəsinə dönən zaman, sərxoş olduğundan və avtomobili bir qədər sürətlə idarə etdiyi üçün idarəetməni itirərək ondan öndə hərəkətdə olan “VAZ- 2106” markalı, **-BJ-*** d/n-lı avtomobili arxa tərəfindən vurmuşdur. Bundan sonra O, sərxoş olduğu üçün avtomobili ilə hadisə yerindən qaçmışdır. Həmin gün sərxoş olduğundan özü qəsdlə polisdən yayınmışdır. Hadisənin sabahı gün polis şöbəsində izahat verən zaman özü sərxoş vəziyyətdə avtomobil idarə etdiyini etiraf etmişdir. Eyni zamanda hadisədən bir neçə gün əvvəl qurudulmuş marixuana qəbul etmiş, bununla bağlı Beyləqan rayon Polis şöbəsində həkim iştrakı ilə sidiyindən test üsulu ilə yoxlama aparılan zaman testin çubuğunda pozitiv nəticə çıxmışdır. Hadisə nəticəsində zərəçəkmiş X3 məxsus avtomobilə dəymiş zərəri ödəmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Xocavənd rayon, Əmiralılar kəndində daimi qeydiyyatda olmaqla hazırda Yeni Xocavənd qəsəbəsində yaşayır. Atasına məxsus, “VAZ-2106” markalı, **-BJ-*** d/n-lı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi “VAZ-2106” markalı, **-BJ-*** d/n-lı avtomobil ilə Beyləqan şəhər, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkət edərək, S.Qazıyeva küçəsinə dönən zaman, ondan arxada hərəkətdə olan “VAZ-21074” markalı, **-VS-*** d/n-lı avtomobil yüksək sürətlə gələrək onun avtomobilinin arxa tərəfindən vurmuşdur. Bundan sonra həmin avtomobilin sürücüsü Şəxs avtomobilini idarə edərək həmin yerdən uzaqlaşmşdır. Hadisə zamanı başı və qolu avtomobilin içərisində harasa dəydiyindən ağrıları olması səbəbindən Beyləqan rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həmin hadisə vaxtı avtomobilində özündən başqa heç kim olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobilə dəymiş maddi zərər Şəxs tərəfindən ödənilmişdir. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə S.Qaziyeva küçəsinin kəsişməsində idarə etdiyi “Vaz 21074” markalı **-VS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman sərxoş vəziyyətdə olduğundan idarəetməni itirmiş və qarşıda hərəkətdə olan “Vaz 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı X3 məxsus avtomobilə zərər dəymişdir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 26 fevral 2024-cü il tarixli 171 saylı protokoldan görünür ki, X5 hadisə vaxtı sərxoş vəziyyətdə olmamışdır. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 26 fevral 2024-cü il tarixli 173 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdmişdir. İşə əlavə olunmuş İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi muayinəsi barədə xx.xx.2024-cü il tarixli, 174 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı narkotik vasitə olan marixuana qəbul edərək avtomobil idarə etmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən X2 adına verilmiş 26 fevral 2024-cü il tarixli 161/2024 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 2000ci il təvəllüdlü X1 bazu nahiyəsində qançır aşkar olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən X2 adına verilmiş 01 mart 2024-cü il tarixli 174/2024 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1970-ci il təvəllüdlü Şəxs bədən nahiyəsində hər-hansı xəsarət aşkar edilməmişdir. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 04 mart 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis mayoru X6 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı Beyləqan rayon, MX-nın məlumatı əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 327.2-ci, 327.6-cı, 332.1-ci, 333.3-cü və 333-1.3-cü maddələrinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin DYPB-nə göndərilmişdir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə S.Qaziyeva küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs sərxoş vəziyyətdə olduğundan idarəetməni itirdiyindən X2 idarə etdiyi “Vaz 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurması nəticəsində Ceyhun Rüstəmov dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməsi sübuta yetmişdir. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü və 333-1.3-cü maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmədə müəyyən edildi ki, yol-nəqliyyat hadisəsi zamanı X2 idarə etdiyi avtomobilə dəymiş zərər Şəxs tərəfindən aradan qaldırılmışdır. zərərçəkmiş şəxs X2 məhkəmə iclasında zərərlə bağlı heç bir tələbləri olmamışdır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü və 333-1.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməkdə təqsirli bilinməli və İXMnin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində İXM-nin 333-1.3-cü maddəsinin sanksiyasına uyğun olaraq cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 333-1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırlmaqla 900 (doqquz yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar