Məhkəmə qərarları › İş №3(020)-207/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-207/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-207/2024 15.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs Capay qızının iştirakı ilə, xx.xx.1967-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işsiz, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qardaşı qızı Zərərçəkmiş şəxs Capay qızı ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahat verərək göstərdi ki, Beyləqan rayon, 1-ci Şahsevən kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşı qızıdır. xx.xx.2024-ci il tarixdə 11 radələrində şəxsi işi ilə bağlı qardaşı Orucov Qabilin evinə getmişdir. Orucov Qabilin evinin həyətində onunla söbət edən zaman qardaşı qızı Zərərçəkmiş şəxs də həmin yerə gəlmişdir. O, Zərərçəkmiş şəxs Şirməmməd qızı ilə səmimi görüşərək haləvhal etmişdir. Zərərçəkmiş şəxs ilə söbət əsnasında həmkəndlisi Nəsirov Məhəmməd ilə aralarında narazılıq olmasını və onu döyməsini bildirmişdir. O, Zərərçəkmiş şəxs, Nəsirov Məhəmmədlə narazıllığının olmadığını ona heçnə etməyəcəyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onu təhqir etmişdir. O, Zərərçəkmiş şəxs onu təhqir etməməsini bildirsə də, Zərərçəkmiş şəxs onu təhqir etməyə davam edib. Həmin vaxt o, əsəbləşdiyi üçün Zərərçəkmiş şəxs qolundan tutaraq Orucov Qabilin evinin həyətindən çıxararaq küçəyə doğru itələyib. Bundan sonra Zərərçəkmiş şəxs həmin yeri tərk etmişdir. Həmin hadisə qardaşı Orucov Qabilin yaşadığı evin həyətində baş vermiş, həmin vaxt yanlarında Orucov Qabildən başqa heç kim olmamışdır. Həmin hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə vaxtı o, Zərərçəkmiş şəxs döyməsədə qolundan tutaraq evin həyətindən küçəyə doğru itələyərək evin həyətdən çıxarmışdır. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs Capay qızı məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon, 1-ci Şahsevən kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Şəxs onun əmisidir. Əvvələr onunla ədavət və düşmənçilyi olmamışdır. xx.xx.2024-cü il tarixdə o, əmisi Orucov Qabilin yaşadığı evin həyətindən su gətirməyə gedərkən digər əmisi Şəxsdə həmin həyətdə görmüşdür. O, Şəxs təxminən 10 gün əvvəl oğlu Orucov Elnur tərəfindən təhqir olmasını bildirmişdir. Həmin vaxt Şəxs ona oğlunun yaxşı etdiyini bildirmiş, bu səbəbdən də aralarında sözlə mübahisə baş vermişdir. Həmin miibabahisə zamanı Şəxs onun sağ sifət nahiyəsinə və boğazına şillə ilə sol ayağına isə təpiklə vuraraq onu döymüşdür. Həmin vaxt orada olan digər əmisi Orucov Qabil, Şəxs ondan aralamışdır. Bundan sonra o, həmin həyəti tərk edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Həmin hadisə əmisi Orucov Qabilin yaşadığı evin həyətində baş vermiş və yanlarında yalnız əmisi Orucov Qabil olmuşdur. Hazırda Şəxsla barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qardaşı qızı Zərərçəkmiş şəxs Capay qızı ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, Zərərçəkmiş şəxs Capay qızını dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 15 yanvar 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X1 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs Capay qızının adına verilmiş 10 yanvar 2024-cü il tarixli, 28/24 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Capay qızının yanağında qançır olmuşdur. Həmin xəsarətlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs Capay qızının izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs Capay qızına fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Rafiq Əsədovu döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Şəxs Zərərçəkmiş şəxs döyməməsi barədə məhkəməyə verdiyi izahatı özünü müdafiə xarakteri dayışır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə növündə cəza tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar