Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-21/2024 15.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Yardımlı rayonu, Ləzir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Ləzir kəndində qeydiyyatda olan, hazırda Beyləqan rayonu İmamverdilər kəndində yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs və X1 müştərək qaydada kredit kimi götürülmüş 2800 manat borcun və həmin pulun 35 aylıq olaraq 27 faiz olmaqla 1200 manat faiz borcu olmaqla cəmi 4000 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 33 manat pul alınıb X2 verilməsi qət edilmişdir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan və X1 müştərək qaydada kredit kimi götürülmüş 2800 manat borcun və həmin pulun 35 aylıq olaraq 27 faiz olmaqla 1200 manat faiz borcu olmaqla cəmi 4000 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 33 manat pul alınıb X2 verilməsi qət edilmişdir. Barəsində məhkəmənin belə bir qərarı olması barədə İcra şöbəsinə çağırıldıqdan sonra xəbərdar olmuş, məhkəmə qətnaməsi ilə razılaşmadığından məhkəməyə müraciət edərək barəsində olan məhkəmə qətnaməsini xx.xx.2023-cü il tarixdə alaraq qətnamədən narazı olduğu üçün apelyasiya şikayəti vermək üçün vəkilə müraciət etmiş və apelyasiya şikayəti vermək üçün 12 gün müddəti qalmışdır. İcra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, barəsində olan işə apelyasiya məhkəməsində baxılıb hüquqi qiymət verildikdən sonra, apelyasiya məhkəməsinin qərarına uyğun olaraq qərarı icra edəcəkdir. , Beyləqan rayon məhkəməsinin 2(020)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verəcəyinə görə icra sənədi üzrə borcunu ödəmədiyini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs və X1 müştərək qaydada kredit kimi götürülmüş 2800 manat borcun və həmin pulun 35 aylıq olaraq 27 faiz olmaqla 1200 manat faiz borcu olmaqla cəmi 4000 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 33 manat pul alınıb X2 verilməsi qət edilmişdir. Borclu Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə borcunu bugünədək ödəməmişdir. Onun çağırışı əsasında Şəxs rayon İcra və probasiya şöbəsinə gəlmiş, icra şöbəsində verdiyi izahatında barəsində məhkəmənin belə bir qərarı olmasından xəbərdar olmadığını və məhkəmə qətnaməsi ilə razı olmadığını bildirmiş və məhkəmə qətnaməsini əldə edərək apelyasiya şikayəti verəcəyini bildirdiyindən ona icra sənədini icra etmək üçün vaxt verilmiş və mülki işin apelyasiya məhkəməsinə göndərilməsi barədə sənədi icra şöbəsinə təqdim etməsi bildirilmişdir. Lakin verilmiş müddət ərzində Şəxs icra şöbəsinə məhkəmə qətnaməsindən apelyasiya şikayəti verməsi barədə heç bir sənəd təqdim etmədiyindən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs təkrar bildiriş göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş, icra şöbəsində izahat verərək məhkəmə qətnaməsindən apelyasiya şikayəti verəcəyini bildirmiş və işə apelyasiya məhkəməsində baxılıb yekun qərar verildikdən sonra barəsində olan icra sənədinin icrasını təmin edəcəyini bildirsə də, məhkəmə qətnaməsindən apelyasiya şikayəti verməsi barədə heç bir sənədi İcra şöbəsinə təqdim etməmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs və X1 müştərək qaydada kredit kimi götürülmüş 2800 manat borcun və həmin pulun 35 aylıq olaraq 27 faiz olmaqla 1200 manat faiz borcu olmaqla cəmi 4000 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 33 manat pul alınıb X2 verilməsi qət edilmişdir. İş materialına əlavə edilmiş məhkəmə qəbzindən görünür ki, Nəzərov X3 rayon məhkəməsinin 2(020)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza edərək götürmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Elgiz Rzayevin izahatlarını dinləyib, hesab edir ki, borclu Nəzərov X3 rayon məhkəməsinin 2(020)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı olduğuna görə apelyasiya şikayəti verəcəyindən icra sənədi üzrə tələbi icra etməkdən imtina etmişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs Beyləqan rayon məhkəməsinin 2(020)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini xx.xx.2023-cü il tarixdə alması iş materiallarına əlavə olunmuş məhkəmə qəbzi ilə öz təsdiqini tapmışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, icra sənədi üzrə borcu Nəzərov X3 rayon məhkəməsinin 2(020)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza edərək götürmüşdür. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-21/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-21/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver