Məhkəmə qərarları › İş №3(020)-210/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-210/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-210/2023 21.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində doğulmuş, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu 2-ci Aşıqlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1741/2021 saylı, xx.xx.2021-ci tarixli icra sənədinə əsasən Şəxs 829 manat borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)- 248/2022 saylı, xx.xx.2022-ci il tarixli, icra sənədinə əsasən Şəxs 366.41 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə verilməlidir. Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1741/2021 saylı, xx.xx.2021ci tarixli icra sənədinə əsasən ondan 829 manat borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)- 248/2022 saylı, xx.xx.2022-ci il tarixli, icra sənədinə əsasən ondan 366.41 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə verilməlidir. Maddi imkanı zəif olduğundan icra sənədləri üzrə borcundan heç bir ödəniş edə bilməmiş, ona görə də icra sənədi üzrə borcları hal-hazıradək ödənilməmiş qalmışdır. İcra məmuru tərəfindən rayon İcra və Probasiya Şöbəsinə çağırılmış, lakin hazırda Bakı şəhərində yaşadığından icra məmurunun çağırışlarından xəbəri olmamış, ona görə də icra məmurunun çağırışlarına gəlməmişdir. Gündəlik fərdi işlərlə məşğul olur, qazancını özünün dolanışığına sərf edir. Ona görə də icra sənədləri üzrə borcunu ödəyə bilməmişdir. Hazırda icra sənədləri üzrə borclarını tam olaraq ödəyə bilmir. Ona vaxt verilərsə icra sənədləri üzrə borcunu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)- 1741/2021 saylı, xx.xx.2021-ci tarixli icra sənədinə əsasən Şəxs 829 manat borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli, icra sənədinə əsasən Şəxs 366.41 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə verilməlidir. Borclu Şəxs barəsində icra sənədləri üzrə icra tədbirləri görülməsinə baxmayaraq borcundan bu günədək heç bir ödəniş etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra şöbəsinə gəlməmişdir. Şəxs İcra və Probasiya Şöbəsinə gəlmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində axtarış qərarı qəbul edilmiş, Şəxs polis tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirilmişdir. Ona görə də Şəxs inzibati qaydada həbs edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1741/2021 saylı, xx.xx.2021-ci tarixli icra sənədinə əsasən Şəxs 829 manat borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə verilməlidir. Beyləqan rayon məhkəməsinin 2(020)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli, icra sənədinə əsasən Şəxs 366.41 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASCyə verilməlidir. İşdə olan 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs icra məmurunun qanuni çağırışlarına gəlmədiyinə görə barəsində axtarış qərarı qəbul edilmiş və icra üçün Beyləqan rayon PŞ-nə göndərilmişdir. Şəxs polis şöbəsinin əməkdaşları tərəfindən gətirilərək Beyləqan rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədləri üzrə olan borcunu üzürsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsini, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə aşağı həddə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 21 fevral 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar