Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-211/2023 22.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, Füzuli rayonunda qeydiyyatda olan, hazırda Beyləqan şəhəri, N.Nərimanov küçəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Beyləqan rayonu mərkəzi aptekin qarşısında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü təqsirli bildi və izahatında göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2 ay əvvəl Zərərçəkmiş şəxs ona mobil nömrə almasını xahiş etmiş, Vəfa da ona öz adına mobil nömrə alıb vermişdir. Nömrəni alıb verdikdən 7-8 gün sonra Vəfa ondan nömrəni qaytarıb almışdır. Bundan sonra bir neçə şəxsdən Zərərçəkmiş şəxs onun qızı Jalə barəsində nəlayiq ifadələr işlətməsini, qızı Jalənin əxlaqsız həyat tərzi sürməsi kimi ifadələr işlətdiyini eşitmişdir. Lakin bu barədə Vəfaya heçnə deməmişdir. Lakin Vəfa onun qızı Jalənin barəsində yenidən bu cür ifadələr işlətdiyinə görə xx.xx.2023-cü il tarixdə, axşam saat 20 radələrində Vəfa ilə bu barədə söhbət etmək üçün Vəfanın işlədiyi kafeyə gedən zaman Beyləqan rayon mərkəzi aptekinin qarşısında Vəfa ilə qarşılaşmış və Vəfadan nə səbəbə onun qızı Jalənin barəsində nəlayiq ifadələr işlətməsini və qızına şər atmasının səbəbini soruşmuşdur. Vəfa ilk öncə onun qızı Jalə barəsində heç bir söz danışmadığını bildirmişdir. Lakin sonradan həmin sözləri dediyini və yaxşı etdiyini bildirmişdir. Bu zaman Vəfa ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əli ilə Vəfanın sinəsindən vuraraq geriyə itələmiş, Vəfa onun üstünə gələn zaman qızı Jalə Vəfanın saçından tutaraq yerə yıxmışdır. Vəfa yerdə olan zaman əli ilə Vəfanın ağzına bir neçə dəfə şillə ilə vurmuşdur. Onlar dalaşan zaman Vəfanın işlədiyi kafenin yiyəsi Vüqar onların yanına gələrək onları aralamışdır. Bundan sonra onlar arasında olan dava yekunlaşmışdır. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs əvvəlcədən tanıyır, onunla aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Bir neçə ay öncə Vüsalə ona mobil nömrə satılmadığını bildirərək ona öz adına mobil nömrə almasını xahiş etmişdir. Bu səbəbdən də o, öz adına mobil nömrə alaraq Vüsaləyə vermişdir. Lakin həmin mobil nömrə özünə lazım olduğu üçün Vüsalədən mobil nömrəni istəyərkən Vüsalə ilə aralarında mübahisə baş vermişdir. O, Vüsalə ilə mübahisə edən zaman Vüsalənin qızı Jalə də onların yanına gəlmişdir. Jalə qəflətən onun saçından tutaraq onu yerə yıxmış, Vüsalə isə əlini onun ağzına salaraq dırnağı ilə onun damağını və dodağını cızmışdır. Bundan sonra onların davasını görən işlədiyi kafenin sahibi Vüqar onları aralamışdır. Daha sonra isə Vüsalə və qızı Jalə oradan çıxıb getmişdir. Bundan sonra o, Beyləqan rayon PŞ-ə gedərək ərizə ilə döyülməsi barədə şikayət vermişdir. Hazırda Şəxs ilə barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Məhkəmədən Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, Zərərçəkmiş şəxs dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 07 fevral 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis mayoru X1 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPMnin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 04 fevral 2023-cü il tarixli 75/2023 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi,alt dodağın selikli qişasında isə qansızma aşkar olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı gəlini Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 202-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-211/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-211/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver