Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-213/2025 09.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Beyləqan rayonun Örənqala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonun Örənqala qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 08 aprel 2025-ci il tarixdə Beyləqan rayonu, Örənqala qəsəbəsində ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlətməklə, xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X7 tərəfindən MN seriyalı № ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Beyləqan rayonu, Örənqalq qəsəbə sakini X4 DİN-nin 102 xidmətinə zəng edərək keçmiş əri Şəxs yaşadığı evə gələrək onun və uşaqlarının ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etməsi, həmçinin Tacirə Quliyevanı döyərək ona xəsarət yetirməsi barədə şikayət ünvanlamışdır. T.Quliyevanın 102 xidmətinə müraciəti əsasında polis əməkdaşları Beyləqan rayonu, Örənqala qəsəbəsinə Tacirə Quliyevanın yaşadığı ünvana getmişlər və Şəxs küçədə ünvansız olaraq nalayiq ifadələr işlətməsini görmüşlər. Bundan sonra Şəxs polis əməkdaşları tərəfindən rayon PŞ-nə gətirilmiş və aparılan araşdırmalardan sonra qeyd olunanlara əsasən Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə uşaqlarına dönər alaraq onları görmək üçün yaşadıqları evə gedən zaman uşaqları onu görərək qaşıb darvazadan içəri girmişlər. O, arxadan uşaqlarını nə qədər çağırsa da uşaqları onun yanına gəlməmişdir. Bundan sonra uşaqlarının anası ilə yaşadıqları evə çataraq darvazadan keçmiş arvadı Tacirəni çağırmış və uşaqları ilə görüşmək istədiyini bildirmişdir. Lakin Tacirə uşaqların onun görüşmək istəmədiyini bildirərək ona çıxıb getməyi bildirmişdir. O, darvazadan içəri girərək uşaqlarını görmək istəyən zaman Tacirə pol taxtasını götürərək onun üzərinə hücum çəkmiş və qışqıraraq qonşuları çağırmağa başlamışdır. Bu zaman o, Tacirənin əlində olan pol taxtasını əlindən alaraq kənara atmış və əsəbləşdiyi üçün Tacirənin ünvanına nalayiq ifadəər işlətmiş və oaradan çıxıb gedərkən küçədə, yəni darvazanın ağzında da bir neçə ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan sonra kənd mərkəzində olan zaman rayon PŞ-nin əməkdşaları gələrək onu polis şöbəsinə aparmışlar. Hadisə zamanı spirtli içki qəbul etdiyindən özündə olmamışdır. Hazırda etdiyi hərəkətdən çox peşmandır. Ona görə də barəsində yüngül inzibtai tənbeh olan cərimə tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirdi ki, Şəxs ilə əvvəllər ailəli olmuş, lakin Şəxs narkotik vasitə və spirtli içki aludəçisi olduğundan onunla boşanmış, hazırda yaşlı atası ilə birlikdə atasına məxsus evdə yaşayırlar. Şəxs xx.xx.2025-ci il tarixdə atasına məxsus olan yaşadığı evin darvazasının qarşısına gələrək onu və uşaqlarını çağırmağa başlamış, o, Şəxs sərxoş olan vaxt onun evinə gəldiyini bildiyindən İbrahimin çağırışlarına cavab verməmişdir. Bundan sonra Şəxs darvazadan yaşadığı evin həyətinə girmiş və bu zaman o, Şəxs çıxıb getməsini bildirmişdir. Həmin vaxt Şəxs sərxoş vəziyyətdə olduğundan qapıda olan pol taxtasını götürərək onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirərək onu döymüş, həmçinin qonşuların yanında uca səslə ona qarşı nalayiq ifadələr işlədərək onu, uşaqlarını və yaşlı atasını təhqir etmişdir. Şəxs bu kimi hərəkətləri mütəmadi olaraq edir. Həmçinin onlar arasında olan nikah pozulmağına baxmayaraq Şəxs onun şəxsi işlərinə belə qarışmaqda davam edir. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirdi ki. Şəxs onun oğludur. xx.xx.2025ci il tarixdə yaşadığı evdə olan zaman qonşulardan İbrahimin keçmiş arvadının yaşadığı evin həyətində səs-küy salaraq keçmiş arvadını döyməsini eşitmiş, bundan sonra hadisənin baş verdiyi yerə getmişdir. X3 üz-başının qan içində olduğunu, Şəxs isə uca səslə nalayiq ifadələr işlətdiyini gördükdən sonra özünü onlara göstərmədən qayıdıb evinə getmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan rayonu Örəqala qəsəbə sakini X1 Beyləqan rayon Pş-nin rəisinə ünvanladığı xx.xx.2025-ci il tarixli şikayət ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə keçmiş əri Şəxs yaşadığı evə yaxınlaşaraq küçədə ünvansız nalayiq ifadələr işlətmiş, həmçinin onu və uşaqlarını söyərək təhqir etdiyindən Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-c il tarixli 3(020)-520/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(020)-160/2025 saylı qərarından görünür ki. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati həbs edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə inzibati xətaya görə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsulliyyətini ağırlaşdıran hal hesab edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 15 (on beş ) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-213/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-213/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver