Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-22/2024 16.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı,orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1011/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs ağ qızıldan briliyant qaşlı nişan üzüyü-7 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı olan 800 manat dəyərində, sep-7 qram şəkidə 585 əyarlı, Rusiya istehsalı olan 630 manat dəyərində, üzük fionet qaşlı-10 qram çəkidə 585 əyarlı, Rusiya istehsalı olan 900 manat dəyərində, sırğa-6 qram şəkidə, 585 əyarlı, Rusiya istehsalı olan 540 manat dəyərində, nazik sep- 4 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı 360 manat dəyərində, üzük-2 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı 160 manat dəyərində, yataq mebelidəstinin yarı dəyəri 400 manat həmin əmlaklar olmadıqda onların dəyəri alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1011/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan ağ qızıldan briliyant qaşlı nişan üzüyü-7 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı olan 800 manat dəyərində, sep-7 qram şəkidə 585 əyarlı, Rusiya istehsalı olan 630 manat dəyərində, üzük fionet qaşlı-10 qram çəkidə 585 əyarlı, Rusiya istehsalı olan 900 manat dəyərində, sırğa-6 qram şəkidə, 585 əyarlı, Rusiya istehsalı olan 540 manat dəyərində, nazik sep- 4 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı 360 manat dəyərində, üzük- 2 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı 160 manat dəyərində, yataq mebelidəstinin yarı dəyəri 400 manat həmin əmlaklar olmadıqda onların dəyəri alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. barəsində məhkəmənin belə bir qərarı olması barədə İcra şöbəsinə çağırıldıqdan sonra xəbərdar olmuş, məhkəmə qətnaməsi ilə razılaşmadığından məhkəməyə müraciət edərək barəsində olan məhkəmə qətnaməsini alaraq qətnamədən narazı olduğu üçün apelyasiya şikayəti vermişdir. Lakin məhkəmə qətnaməsindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddətdə şikayət vermədiyindən onun şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti rədd olunmuş, həmin rədd qərarından şikayət vermiş bundan sonra iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ona görə də işə apelyasiya məhkəməsində baxılıb qutaranadək icra sənədini icra etməyəcəyini icra məmuruna bildirmişdir. Göstərilənləri nəzərə alıb Beyləqan rayon məhkəməsinin Beyləqan rayon məhkəməsinin 2(020)-1011/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində apelyasiya şikayəti verdiyinə görə icra sənədi üzrə borcunu ödəmədiyini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1011/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs ağ qızıldan briliyant qaşlı nişan üzüyü-7 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı olan 800 manat dəyərində, sep-7 qram şəkidə 585 əyarlı, Rusiya istehsalı olan 630 manat dəyərində, üzük fionet qaşlı-10 qram çəkidə 585 əyarlı, Rusiya istehsalı olan 900 manat dəyərində, sırğa-6 qram şəkidə, 585 əyarlı, Rusiya istehsalı olan 540 manat dəyərində, nazik sep- 4 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı 360 manat dəyərində, üzük-2 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı 160 manat dəyərində, yataq mebelidəstinin yarı dəyəri 400 manat həmin əmlaklar olmadıqda onların dəyəri alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə borcunu bugünədək ödəməmişdir. Daha sonra Şəxs məxsus mobil teleona zəng edərək rayon İcra və probasiya şöbəsinə dəvət etmişdir. Şəxs icra şöbəsində barəsində məhkəmənin belə bir qərarı olmasından xəbərdar olmadığını, məhkəmə qətnaməsi ilə razı olmadığını bildirmiş və məhkəmə qətnaməsini əldə edərək apelyasiya şikayəti verəcəyini bildirdiyindən ona icra sənədini icra etmək üçün vaxt verilmiş və mülki işin apelyasiya məhkəməsinə göndərilməsi barədə sənədi icra şöbəsinə təqdim etməsi bildirilmişdir. Lakin verilmiş müddət ərzində Şəxs icra şöbəsinə məhkəmə qətnaməsindən apelyasiya şikayəti verməsi barədə heç bir sənəd təqdim etmədiyindən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs təkrar bildiriş göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş, icra şöbəsində izahat verərək məhkəmə qətnaməsində apelyasiya şikayəti verdiyini, işə apelyasiya məhkəməsində baxılıb yekun qərar verildikdən sonra barəsində olan icra sənədinin icrasını təmin edəcəyini bildirsə də, məhkəmə qətnaməsindən apelyasiya şikayəti verməsi barədə heç bir sənədi İcra şöbəsinə təqdim etməmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1011/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs ağ qızıldan briliyant qaşlı nişan üzüyü-7 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı olan 800 manat dəyərində, sep-7 qram şəkidə 585 əyarlı, Rusiya istehsalı olan 630 manat dəyərində, üzük fionet qaşlı-10 qram çəkidə 585 əyarlı, Rusiya istehsalı olan 900 manat dəyərində, sırğa-6 qram şəkidə, 585 əyarlı, Rusiya istehsalı olan 540 manat dəyərində, nazik sep- 4 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı 360 manat dəyərində, üzük-2 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı 160 manat dəyərində, yataq mebelidəstinin yarı dəyəri 400 manat həmin əmlaklar olmadıqda onların dəyəri alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Elgiz Rzayevin izahatlarını dinləyib, hesab edir ki, borclu Əliyev X1 rayon məhkəməsinin 2(020)-1011/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı olduğuna görə apelyasiya şikayəti verdiyinə görə icra sənədi üzrə tələbi icra etməkdən imtina etdiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs Beyləqan rayon məhkəməsinin 2(020)-1011/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən çikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, icra sənədi üzrə borcu Əliyev X1 rayon məhkəməsinin 2(020)-1011/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində apelasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş müddəti buraxdığından apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərbası barədə vəstəti əsassız olduğuna görə rədd edilmişdir. Şəxs həmin rədd qərardadından şikayət versiyinə görə mülki iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-22/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-22/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver