Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-224/2023 28.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs vəkalətli nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən Şəxs barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 44940.00 ABŞ dolları məbləğində vəsaiti 27 yanvar 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 44940.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini geri qaytarmamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs vəkalətli nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, nümayəndəsi olduğu Şəxs MMC-i badam, arpa və buğda istehsalı ilə məşğul olur. Bu məqsədlə də təyinatı üzrə Şəxs MMC-i və Pioneer Hi-Bred S.A şirkəti arasında xx.xx.2020-ci il tarixdə bağlanmış PRAZE 30/11 saylı alqı-satqı müqaviləsinə əsasən 8609.58 kq həcmində hibrid qarğıdalı toxumunun alışı razılaşdırılmışdır. Həmin müqaviləyə görə xx.xx.2021-ci il tarixdə malın alışı üçün 44940 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC-nin vasitəsi ilə əvvəlcədən Pioneer Hi-Bred S.A şirkətinin hesabına köçürülmüş, həmin dəyərdə mallar Azərbaycana göndərilmiş və cəmiyyət həmin məhsulları qəbul etmişdir. Bu hal gömrük komitəsinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********9315 saylı gömrük bəyannaməsində də öz əksini tapmışdır. Ona görə də nümayəndəsi olduğu Şəxs əməllərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Mərkəzi Bankına qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən öz nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, 26 yanvar 2021-ci il tarixli, PRAZE 30/11 saylı müqavilə rus dilində bağlanmış, tərəflər müqavilənin şərtlərini qəbul etmiş və imzaları ilə təsdiq etmişlər. Həmçinin köçürmə haqqında ərizə Azərbaycan dilində tərtib edilmişdir. Pulun köçürülməsi 27 yanvar 2021-ci il tarixdə həyata keçirilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin maddədə müəyyən edilmiş müddətlər hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq Qərarına əsasən 2 (iki) il müəyyən edilmişdir. Hazırkı iş üzrə isə Şəxs tərəfindən valyutanın köçürülməsi 27 yanvar 2021-ci il tarixdə baş vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********9315 saylı X3 görünür ki, 44940.00 ABŞ dolları dəyərində mallar 26 yanvar 2021-ci il tarixli müqavilə üzrə Şəxs adına ölkəyə idxal olunmuşdur. Göründüyü kimi sözügedən mallar öncə ölkəyə daxil olmuş, daha sonra Pioneer Hi-Bred S.A şirkətinin hesabına pul köçürülmüş və nəticədə həmin vaxtdan 2 (iki) il müddət keçməmişdir. İş materiallarına əlavə edilmiş 27 yanvar 2021-ci il tarixli, köçürmədən görünür ki, Şəxs MMC-i tərəfindən həmin tarixdə "xxxx" ASC-nin vasitəsi ilə Pioneer Hi-Bred S.A şirkətinin hesabına 44940.00 ABŞ dolları vəsait köçürülmüşdür. Şəxs MMC-nin nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********9315 saylı gömrük bəyannaməsindən görünür ki, 44940.00 ABŞ dolları dəyərində malların Azərbaycana gətirilməsi təmin edilmiş və həmin mallar gömrük orqanında bəyan edilmişdir. Bu hal həmin məhsulların Azərbaycan Respublikası ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin ünvanına Pioneer Hi-Bred S.A şirkəti tərəfindən göndərilməsi ilə bağlı malların qablaşdırılması vərəqi ilə də təsdiq olunur. Beləliklə məhkəmə Şəxs MMC-nin nümayəndəsi X1 izahatını dinləyib, məhkəmə iclasında təqdim olunmuş sənədləri araşdıraraq, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsinin tərkibinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Hesab edirəm ki, hazırkı vəziyyətdə Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 430.4-cü maddəsinin tərkibi yoxdur, ona görə də hazırki inzibati xəta haqqında iş üzrə icrata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icrata xitam verilsin Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-224/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-224/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver