Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-227/2024 25.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan şəhəri, R.Axundov küçəsi ev 71-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Beyləqan şəhəri R.Axundov küçəsində ictimai yerdə ucadan ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Beyləqan şəhəri R.Axundov küçəsində yerləşən yaşadığı evin həyət darvazasının qarşısına xırda daş tökmək istəyərkən qonşusu ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı sərxoş vəziyyətdə olduğundan ucadan danışmağa başlamış və özündən aslı olmadan ucadan nalayiq söyüşlər söymüşdür. Həmin vaxt əsəbi vəziyyətdə DİN-nin 102 xidmətinə zəng edərək özünə qəsd edəcəyi barədə məlumat vermişdir. Bundan sonra rayon PŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona söyüş söyməməyi bildirmişdir. O, həmin vaxt polis əməkdaşına əsəbi olduğundan ağzından söyüş çıxdığını bildirmiş, lakin polis əməkdaşı ona dəfələrlə söyüş söydüyün irad bildirərək onu polis şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşları ilə polisin xidməti maşınına minərək rayon polis şöbəsinə gəlmişdir. Hadisə zamanı sərxoş vəziyyətdə olduğundan özündə olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə PŞ-də yaradılan əməliyyat istintaq qrupunun üzvü olan zaman həmin gün saat 16:30 radələrində Beyləqan şəhər R.Axundov küçəsi ev 71-də qeydiyyatda olan və yaşayan Şəxs DİN-nin 102 xidmətinə zəng edərək intihar edəcəyi barədə məlumat vermişdir. Həmin məlumatın icrası ilə bağlı əməliyyat-istintaq qrupunun üzvü RPŞ-nin İTB-nin polis sahə rəisi X4 ilə Şəxs ünvanında olmuşlar. Həmin vaxt Şəxs həmin ünvanda, ictimai yerdə ünvansız nalayiq ifadələr işlətdiyini görərək ona yaxınlaşmışlar. Onlar Şəxs özlərini təqdim edərək onu nizam-intizama dəvət etmişlər. Lakin Mübariz onların qanuni tələblərinə tabesizlik edərək onlara məhəl qoymamış, qanunsuz hərəkətlərini davam etdirərək küçədə ucadan nalayiq ifadələr oşlətməyə davam edərək oradan keçən insanları narahat etmişdir. Bu səbəbdən də onlar Şəxs rayon PŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X1 rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili X3 ilə eyni məzmunda izahat verərək N.Rzayevin izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Beyləqan şəhəri R.Axundov küçəsində ictimai yerdə ucadan ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X5 rayon PŞ-nin rəisinə ünvanladığı raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Beyləqan şəhəri R.Axundov küçəsində ucadan ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları və şahidlərin izahatları ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, əsəbi vəziyyətdə xırda xuliqlanlıq hərəkətləri etməsini, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) gün müddətində inzibati qaydada həbs edilsin. 21 mart 2024-cü il tarixdə tutulduğu 1 (bir) gün müddət nəzərə alınıb Şəxs üzərində 4 (dörd) gün müddətinə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 25 mart 2024-cü il tarixdən, saat 16:25-dən hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-227/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-227/2024
25.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver