Məhkəmə qərarları › İş №3(020)-228/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-228/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-228/2024 09.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Ağdaş rayonu, Güvəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, ailəli, Ağdaş rayonu, Güvəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:29 radələrində Horadiz-Bəhrəmtəpə yolunun 38-ci kilometrliyində idarə etdiyi “Howo” markalı, **-JB-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olarkən, sayrışan işıq siqnallarından istifadə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Beyləqan rayon PŞ-nə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq Beyləqan rayon Polis şöbəsi heç bir üzürlü səbəb göstərmədən öz nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Sədrlik edən inzibati xəta haqqında materiala Beyləqan rayon polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında baxılmağı mümkün hesab etdi. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, "xxxx" MMC-də sürücü işləyir. xx.xx.2024-cü il tarixdə, saat 16:29 radələrində etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus olan “Howo” markalı, **-JB-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Horadiz-Bəhrəmtəpə yolunun 38-ci kilometrliyində hərəkətdə olan zaman sayrışan işıq siqnallarından istifadə etdiyinə görə yolda xidmətdə olan YPX əməkdaşı ona saxla işarəsi vermişdir. İdarə etdiyi yük avtomobilini saxlamış və polis əməkdaşı ona yaxınlaşaraq yük avtomobilində istifadə etdiyi sayrışan işıq siqnalının qanunla qadağan olunduğunu bildirərək avtomobilin duracağa yerləşdirilməsini tələb etmişdir. O, polis əməkdaşına avtomobilində olan sayrışan işıq siqnalının qadağan olduğunu bilmədiyini, həmçinin həmin sayrışan işığın zavod tərəfindən yük avtomobilinə quraşdırıldığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşı tərəfindən idarə etdiyi yük avtomobili Beyləqan rayon PŞ-nin duracağına yerləşdirmişdir. Avtomobilində olan sayrışan işıq siqnalının qanuna zidd olmasından xəbəri olmamışdır. Hazırda həmin işıq siqnalını avtomobildən çıxardaraq polis əməkdaşlarına təhvil vermişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:29 radələrində Horadiz-Bəhrəmtəpə yolunun 38-ci kilometrliyində idarə etdiyi “Howo” markalı, **-JB-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olarkən, sayrışan işıq siqnallarından istifadə etmişdir. Onun bu hərəkəti iş materialları və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatı ilə öz təsdiqini tapmışdır. Ona görə də Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 342.9cu maddəsinin tərkibi olduğundan onun həmin maddə ilə təqsirli bilib cəzalandırılmasını qanuna müvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, əməlini səmimi etiraf etməsini nəzərə alaraq hesab hesab edirəm ki, inzibati xəta törədən Şəxs xəta törətdiyi maddənin sanksiyası çərçivəsində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, sayrışan işıq siqnalları müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar