Məhkəmə qərarları › İş №3(020)-229/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-229/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-229/2024 08.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Füzuli rayonu Qacar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,evli, işsiz, orta təhsilli, Füzuli rayonu Qacar kəndində qeydiyyatda olan, Beyləqan rayonu Qarallar kəndində yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 06 fevral 2024-cü il tarixdə, saat 19:30 radələrində idarə etdiyi “VAZ 2103” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bəhrəmtəpə-Horadiz yolunun 7-ci kilometrliyində hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Beyləqan rayon polis şöbəsinin YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında inzibati xəta əməlini etiraf etdi və izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində idarə etdiyi “VAZ 2103” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bəhrəmtəpə-Horadiz yolunun 7-ci kilometrliyində hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt ondan spirt qoxusu gəldiyi üçün polis əməkdaşları tərəfindən içkili olub-olmaması barədə alkotester yoxlaması aparılmış, yoxlama zamanı onun spirtli içki qəbul etdiyi müəyyən edilmişdir. Həmin gün az miqdarda spirtli içki qəbul etdiyinə görə sərxoşluq muayinəsi zamanı sərxoş olmasını alkotester aparatı göstərmişdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon PŞ-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X1 göstərdi ki, 06 fevral 2024-cü il tarixdə, saat 19:30 radələrində xidməti ərazisi olan Bəhrəmtəpə-Horadiz yolunun 7-ci kilometrliyində hərəkətdə olarkən “VAZ 2103” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirdiyinə görə həmin avtomobilə saxla işarəsi vermişdir. Avtomobilin sürücüsü yolun hərəkət istiqamətinin sağ kənarında avtomobili saxlamış və sürücüyə yaxınlaşaraq özünü təqdim edərək sənədləri istəyən zaman sürücüdən kəskin spirt qoxusu gəldiyini hiss etmiş və sürücünün spirtli içki qəbul etməsini alkotester aparatı vasitəsi ilə yoxlamışdır. Alkotseter yoxlaması zamanı sürücünün avtomobili sərxoş vəziyətdə idarə etməsi aşkar olunmuşdur. Bundan sonra sürücünü avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişdir. Polis şöbəsində avtomobilin sürücüsünün Füzuli rayonu Qacar kəndində qeydiyyatda olan, Beyləqan rayonu Qarallar kəndində yaşayan Şəxs olduğu məlum olmuşdur. İşdə olan inzibati xəta haqqında protokladan görünür ki, Şəxs 06 fevral 2024-cü il tarixdə, saat 19:30 radələrində idarə etdiyi “VAZ 2103” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bəhrəmtəpə-Horadiz yolunun 7-ci kilometrliyində hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Beyləqan rayon polis şöbəsinin YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsi özünün izahatı ilə yanaşı, iş materialları, alkotester çıxarışı və şahidin izahatı ilə kifayət qədər sübuta yetrilmişdir. İşə əlavə edilmiş alkotester muayinəsi qəbzindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə olmuşdur. Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsi özünün izahatı ilə yanaşı, iş materialları, alkotester muayinəsinin qəbzindən kifayət qədər sübuta yetrilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırlması növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib,nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar