Məhkəmə qərarları › İş №3(020)-23/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-23/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-23/2024 17.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlu, X1 ərizəsinə əlavə olunan inzibati xəta haqqında elektron qərarların ləğv edilməsi və həmin işlər üzrə icraata xitam verilməsi barədə şikayətinə baxaraq, Müəyyənetdi: X2 ərizəsinə əlavə olunan inzibati xəta haqqında elektron qərarların ləğv edilməsi və həmin işlər üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətlə bağlı iş materialları öyrənilərkən şikayətə baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, X2 Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin elektron qərarlarını şikayətinə əlavə edərək həmin elektron qərarın ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə şikayətlə aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. X4 məhkəməyə müraciət edərkən hansı orqanın hansı qərarından şikayət verilməsi, qərarların hansı orqan tərəfindən qəbul edilməsi, hansı tərixdə qəbul edilməsini göstərməmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında elektron qərardan şikayətə məhkəmə qaydasında baxılması mümkün olmadığından inzibati material üzrə şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər səndlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında elektron qərarların ləğv edilməsi barədə şikayət geri qaytarılmalıdır. T.Tağıyevə izah edilir ki, hər bir qərardan şikayət verərkən (qərarın nömrəsi, tarixi hansı orqan tərəfindən verilməsi, qərara xitam verilməsi əsasları göstərilməklə) şikayət vermək hüququ vardır. Göstərilənlərə əsasən və İXM-in 109, 129-130-cü maddələrini rəhbər tutaraq, Qəraraaldı: X2 ərizəsinə əlavə olunan inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi və həmin işlər üzrə icraata xitam verilməsi barədə şikayəti geri qaytarılsın. Qərardaddan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar