Məhkəmə qərarları › İş №3(020)-232/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-232/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-232/2024 27.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Beyləqan rayonu, Yuxarı Aran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,işsiz, Beyləqan rayonu, Yuxarı Aran kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:45 radələrində Beyləqan rayonu Yuxarı Aran kəndində küçədə sərxoş vəziyyətdə ictimayi qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, Beyləqan rayonu Yuxarı Aran həmkəndlisi Kənana məxsus “Qaz 31” Markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə marketə siqaret almağa gedərkən Kənanın avtomobilini Müslümdən idarə edirdi. Müslüm Kənana məxsus avtomobili sürüb kənd mərkəzində yerləşən marketlərdən birinə gedib siqaret alıb evə qayıdan zaman kənd ərazisində xidmətdə olan PPX avtomobili onlara saxla işarəsi vermişdir. Müslüm avtomobili saxladıqdan sonra PPX avtomobilindən iki nəfər polis əməkdaşı avtomobildən düşərək onların oladuğu avtomobilə yaxınlaşmışdır. Polis əməkdaşları Müslümün avtomobili sərxoş idarə etməsindən şübhələnərək oraya YPX avtomobili dəvət etmiş, onlara isə avtomobili sərxoş idarə etməklərini irad bildirmişdir. Bu zaman onlarla polis əməkdaşları arasında mübahisə yaranmış, mübahisə zamanı içkili vəziyyətdə olduğundan əsəbləşmiş və kəndin mərkəzində ucadan nalayiq ifadə işlətmişdir. Həmin vaxt polis əməkdaşları onu nizamintizamlı olmağa dəvət etmişlər. Lakin o, əsəbi vəziyyətdə olduğuna görə polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Bundan sonra polis əməkdaşları post patrul xidmətinin avtomobili ilə onu Beyləqan rayon PŞ-nin inzibati binasına gətirmişlər. Hərəkətlərindən peşimandır. Polis əməkdaşlarından üzr istəmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 01:45 radələrində PPXB-nün polis serjantı X6 rayonun Yuxarı Aran kəndində xidmətdə olduqları zaman “Qaz 31” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil onlarda çübhə yaratdığı üçün həmin avtomobilə saxla işarəsi vermişlər. avtomobilin sürücüsü avtomobili saxladıqdan sonra avtomobilə yaxınlaşmış və sürücüyə yaxınlşaraq özlərini təqdim edərkən sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə YPX-nin 63-13 çağırışlı avtopatrulun həmin əraziyə çağırmışlar. Bu zaman avtomobildə olan şəxsiyyəti sonradan onlara məlum olan şəxs Beyləqan rayon Yuxarı Aran kənd sakinləri X4 və Şəxs onlara yaxınlaşaraq “nəyə görə həmin avtomobili saxladıqlarını onlardan soruşmuş” və avtomobili saxlamağı irad bildirərək onlarla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı həmin şəxs səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Onları nizamintizama dəvət etsələr də həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyinə görə Şəxs və X2 rayon PŞ-nə aparaq NH-yə təhvil vermişlər. Hazırda Şəxs öz səhvini başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X1 rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X3 ilə eyni məzmunda izahat verərək F.Adilovun izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:45 radələrində Beyləqan rayonu Yuxarı Aran kəndində küçədə sərxoş vəziyyətdə ictimayi qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun bu hərəkətləri özünün etirafı, şahidlərin izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Şəxs peşmançılıq çəkməsi, əməlini etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal hesab olunur. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində deyilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılıq hissi keçiməyi məsuliyyəti yüngülləşdirən hal hesab edilir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xəta əməli törətmiş şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanin xarakterini, onun təqsirinin dərəcəsini, hərəkətindən səmimi peşimançılıq hissi keçirməsini və polis əməkdaşlarından üz istəməsini nəzərə alıb ona Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar