Məhkəmə qərarları › İş №3(020)-235/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-235/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-235/2023 27.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1969-cu ildə Beyləqan rayonu, Bahar qəsəbəsində anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayon Bahar qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-913/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs borca görə 1500 manat pul və 35 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-913/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən ondan borca görə 1500 manat pul və 35 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra məmuru tərəfindən rayon İcra və Probasiya Şöbəsinə çağırılmış və icra sənədi üzrə olan tələbi yerinə yetirilməsi tələb edilmişdir. Bildirdi ki, məhkəmənin barəsində belə bir qərarı olmasından xəbəri vardır. Lakin maddi imkanı zəif olduğundan icra sənədi üzrə borcunu ödəyə bilmir. İcra məmuru tərəfindən onun ünvanına bildiriş göndərilmiş, icra məmurunun çağırışları ona çatmadığından çağırışlara getməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində axtarış qərarı olduğunu bildirmiş, polis əməkdaşları ilə Beyləqan rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. İcra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuşdur. İcra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, icra sənədi üzrə borcunu tam ödəməyə maddi imkanı çatmır. Borcundan hər ay 50 manat olmaqla hissə-hissə ödəyə bilər. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-913/2022 saylı, 08 sentyabr 2022ci il tarixli icra sənədinə əsasən Şəxs borca görə 1500 manat pul və 35 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. iCra sənədi icraatına daxil olduqdan sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə tələbi təmin etməkdən imtina etmiş, nəticədə icra sənədi bu günədək icrasız qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş göndərilmiş, Şəxs İcra və Probasiya Şöbəsinə gəlmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində axtarış qərarı verilmiş, Şəxs polis tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirilmişdir. İcra şöbəsində borclu Şəxs izahatı alınmış, ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə tələbi təmin etməli olduğu bildirilmişdir. Lakin Şəxs icra sənədi üzrə borcunu ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs oğlunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-913/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs borca görə 1500 manat pul və 35 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs icra məmurunun qanuni çağırışlarına gəlmədiyinə görə barəsində axtarış qərarı qəbul edilmiş və icrası üçün Beyləqan rayon PŞ-nə göndərilmişdir. Şəxs polis əməkdaşları tərəfindən tutularaq Beyləqan rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da icra sənədi üzrə tələbi təmin etməməsini, tələbkarların borcun ödənilməsində israrlı olmasını, qadın olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar