Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-236/2023 11.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Beyləqan rayonu, 2-ci Şahsevən kəndində anadan olmuş, orta təhsilli, evli, iki uşaq atası, işsiz, deməsinə görə məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-220/2014 saylı 21 fevral 2014cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.1999-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2000-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra Şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-220/2014 saylı 21 fevral 2014-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.1999-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2000-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi üzrə göstərilən alimenti xəstəliyi ilə bağlı maddi imkanı olmadığından ödəməmiş, nəticədə onun icra sənədi üzrə 14100 manat aliment borcu yaranmışdır. O, ürəyindən əməliyyat olunmuş və uzun müddət xəstə yatmışdır. Hazırda da mualicəsini davam etdirir. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış və hüququ və vəzifələri izah olunaraq ondan icra sənədi üzrə olan aliment borcunun ödənilməsi tələb olunmuşdur. Həmin gün aliment borcundan tələbkara 2000 manat ödəmiş, hazırda isə aliment borcundan 4000 manat ödəmişdir. O, aliment borcunu ödəməkdən boyun qaçırmır, qalan borcunu hər ay hissə-hissə ödəməklə qısa müddətdə bütün aliment borcunu ödəyəcəkdir. İcra məmurunun çağırışlarından boyun qaçırmamışdır. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-220/2014 saylı 21 fevral 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.1999-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2000-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs icra sənədi üzrə olan alimenti ödəməmiş, nəticədə icra sənədi üzrə 14100 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs Beyləqan rayon İcra və Probasiya şöbəsinə gəlmiş, icra sənədi üzrə borcundan 2000 manat ödəniş etmiş və qalan borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Şəxs icra sənədi üzrəı aliment borcunu tam şəkildə ödəməsi tələb edilmişdir. İcra şöbəsində verdiyi izahatında borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunub məhkəməyə verildikdən sonra isə tələbkara olan aliment borcundan 4000 manat ödəmiş, qalan aliment borcunu isə hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-220/2014 saylı 21 fevral 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.1999-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2000-ci il tarixdə anadan olmuş X1 üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Camal Alıyevin izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan aliment borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs borcunu ödəməkdən boyun qaçırmamış, iki dəfəyə olmaqla icra sənədi üzrə olan aliment borcundan ümumilikdə 6000 manat tələbkara pul ödəmiş, qalan borcunu isə hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Məhkəmədə müəyyən edildi ki, onun alimenti vaxtında ödəməməsinə səbəb xəstəliyi ilə bağlı olmuşdur. Belə ki, o, ürəyindən əməliyyat olunmuş və hazırda mualicə olunur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs icra sənədi üzrə aliment borcundan bir dəfə olmaqla 2000 manat ödəniş etmişdir. Hazırki tarixdə isə icra sənədi üzrə aliment borcundan 4000 manat tələbkarın hesabına ödəmişdir. Qalan borcu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi, yəni aliment ödəməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-236/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-236/2023
11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver