Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-238/2023 13.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur qulu oğlunun katibliyi ilə, ünvan 1 ünvanında yerləşən AXAMBACK Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: ünvan 1 ünvanında yerləşən AXAMBACK Məhdud Məsuliyyətli Cəmiyyəti yol hərəkəti qaydaları əlehinə olan inzibati xəta törətdiyinə görə Hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qrumunun istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanının (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətə məlumat verilməmişdir. Bununla da AXAMBACK Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi şəxsin ünvanına məhkəmə bildirişi göndərilmiş iş materiallarına əlavə edilmiş poçt şöbəsinin xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi göndərilən məktub AXAMBACK Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəsndəsi tərəfindən qəbul edilmişdir. Lakin həmin MMC işə baxılması ilə əlaqədar olaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Hüquqi şəxsin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İXM-nin **2.*.4-cü maddəsini nəzərə alıb hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında işə baxılmasını mümkün hesab edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən AXAMBACK Məhdud Məsuliyyətli Cəmiyyəti yol hərəkəti qaydaları əlehinə olan inzibati xəta törətdiyinə görə Hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qrumunun istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanının (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətə məlumat verilməmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, AXAMBACK Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan “X*” minik markalı, **-AA-054 dövlət qeydiyyat nömrə nişanlı avtomobil 24.0*.2023-cü il tarixdə, saat 23:02 radələrində Şəki şəhəri, Salman Muntaz küçəsi ilə hərəkətdə olan zaman yolda müəyyən edilmiş hərəkət sürətini *5 km/saat həddində aşmışdır. Ona görə də Azərbaycan Respublikası İXM-nin 328.*-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İşdə olan poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikası DİN-nin Beyləqan rayon PŞ-nin YPXB-i tərəfindən AXAMBACK Məhdud Məsuliyyətli Cəmiyyətininə hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qrumunun istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsinə dair hüquqi şəxsin ünvanına sorğu verilmiş, sorğu 28.0*.2023-cü il tarixdə mərkəzin direktoru tərəfindən şəxsən alınmışdır. Lakin hüquqi şəxs qanunla müəyyən edilmiş müddət ərzində sorğuya cavab verməmişdir. Beləliklə də AXAMBACK Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qrumunun istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı beş iş günü müddətində Azərbaycan Respublikası DİN-nin Beyləqan rayon PŞ-nin YPXB-ə məlumat vermədiyi sübuta yetirildiyindən AXAMBACK Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibi vardır. Ona görə də AXAMBACK Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 2*-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 3*.3-cü maddəsində deyilir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş hüquqi şəxs AXAMBACK Məhdud Məsuliyyətli Cəmiyyəti xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin **2, **4, **5, **7, *28-*30-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: AXAMBACK Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan *0 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-238/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-238/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver