Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-238/2025 02.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Beyləqan rayonu, Aşıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Beyləqan RMX Publik Hüquqi şəxsinin direktoru vəzifəsində işləyən, Beyləqan şəhəri, Ə.Vahid küçəsi ev 11-də qeydiyyatda olan, Beyləqan Rayon X7 Hüquqi şəxsinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan Rayon X7 Hüquqi şəxsinin direktoru Şəxs barəsində Beyləqan rayon icra şöbəsinin rəisi X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 16 aprel 2025-ci il tarixli, MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1154/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının keçmiş müdirinin X6 barəsində olan 20 fevral 2023-cü il tarixli, 307 saylı əmri ləğv edilmiş, X2 Rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə bərpa edilməli və 20 fevral 2023-cü il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqı Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən hesablanıb X4 verilməlidir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon icra şöbəsinin rəisi X10 protokolu müdafiə edərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1154/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının keçmiş müdirinin X6 barəsində olan 20 fevral 2023-cü il tarixli, 307 saylı əmri ləğv edilmiş, X2 Rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə bərpa edilməli və 20 fevral 2023-cü il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqı Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən hesablanıb X4 verilməlidir. İcra sənədi icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında Beyləqan Rayon X7 Hüquqi şəxsinin direktoruna rəsmi qaydada bildiriş göndərmişdir. Bundan sonra icra sənədi üzrə 27 noyabr 2024-cü il tarixdə təyinat verilmiş və həmin tarixdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına gedilmiş və müəyyən olunmuşdur ki, X6 icra sənədində tələb edilən işə bərpa edilməsi mümkün deyildir. Belə ki, Gültəkin Əliyevanın təhvil diplomu həmin ixtisasa uyğun gəlmədindən icra sənədinin icrası mümkün olmamışdır. Həmçinin Beyləqan Rayon X7 Hüquqi Şəxsinin direktoru Şəxs şöbəyə məktubla müraciət edərək bildirmişdir ki, X3 xəstəxananın laboratoriya şöbəsinə laborant vəzifəsinə işə bərpa edilməsi üçün AR Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb kolleclərinin diplomu və eyni zamanda tibbi peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsi maddəsinə uyğun olaraq sertifikasiyadan keçməsi vacib olduğundan X3 xəstəxananın laboratoriya şöbəsinə laborant vəzifəsinə işə bərpa edilməsi mümkün olmamışdır. Ona görə də Beyləqan Rayon X7 Hüquqi şəxsinin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Beyləqan Rayon X7 Hüquqi şəxsinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədini icra etməməsinə səbəb odur ki, AR Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb kolleclərinin diplomu və eyni zamanda Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən tibbi peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsi maddəsinə uyğun olaraq sertifikasiyadan keçməsi vacib olduğundan X3 xəstəxananın laboratoriya şöbəsinə laborant vəzifəsinə işə bərpa edilməsi qeyri-mümkündür. İşə bərpa o, halda mümkün ola bilər ki, Gültəkin Əliyeva qeyd olunan tibb kolleclərindən birinin diplomunu və sertifikasiyadan keçməsi haqqında sənədi təqdim etsin. Göstərilənlərə əsasən barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən tələbkar X6 ifadəsində bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1154/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının keçmiş müdirinin onun barəsində olan 20 fevral 2023-cü il tarixli, 307 saylı əmri ləğv edilmiş, o, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə bərpa edilməli və 20 fevral 2023-cü il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqı Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən hesablanıb ona verilməlidir. Məhkəmə qərarı qəbul edildiyi gündən bu günədək Beyləqan Rayon X7 Hüquqi Şəxsinin direktoru Şəxs tərəfindən qərəzli şəkildə icra edilməmiş, müxtəlif bəhanələr gətirilərək onun ixtisasının və diplomunun sözügedən vəzifəyə uyğunsuz olması bəhanə edilmişdir. İcra sənədinin tam olaraq icra edilməsini tələb edir. Əks halda Beyləqan Rayon X7 Hüquqi Şəxsinin direktoru Şəxs qanunla müəyyən olunmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon icra şöbəsinin rəisi X10 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Beyləqan Rayon X7 Hüquqi Şəxsinin direktoru Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin 2(020)-1154/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının keçmiş müdirinin X6 barəsində olan 20 fevral 2023-cü il tarixli, 307 saylı əmri ləğv edilmiş, X2 Rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə bərpa edilməli və 20 fevral 2023-cü il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqı Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən hesablanıb X4 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1154/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Beyləqan Rayon X7 Hüquqi Şəxsinə 10 gün vaxt verilmişdir. İcra işində olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Beyləqan Rayon X7 Hüquqi Şəxsinə icra sənədinin icrasına dair xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)-1154/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icra edilməsi ilə bağlı borcluya müraciət edilmiş və BRMX-nın kadrlar şöbəsinin müdiri bildirmişdir ki, hazırki vəziyyətdə iş üzrə tələbkarın işlə təmin olunması mümkün deyil. Belə ki, X3 diplomu uyğun olmayan peşə ixtisası olduğuna görə onunla işlə təmin olunması mümkün deyildir. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının 06 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, X1 “Beyləqan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Laboratoriya şöbəsində laborant vəzifəsinə təyin edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb kolleclərinin diplomu və eyni zamanda Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən tibbi peşə, bilik bacaraqlarının təkmilləşdirilməsi maddəsinə uyğun olaraq sertifikasiyadan keçməsi vacibdir. Bu səbəbdən vətəndaş X3 “Beyləqan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində laborant vəzifəsinə işə bərpa olunması qeyri-mümkündür. İşə bərpa o halda mümkündür ki, X6 qeyd edilən tibb kolleclərindən birinin diplomunu və sertifikasiyadan keçdiyi haqqında sənədi təqdim etsin. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1154/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının keçmiş müdirinin X6 barəsində olan 20 fevral 2023-cü il tarixli, 307 saylı əmri ləğv edilmiş, X2 Rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə bərpa edilməli və 20 fevral 2023-cü il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqı Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən hesablanıb X4 verilməli olduğu halda uzun müddət keçməsinə baxmayaraq borclu Beyləqan Rayon X7 Hüquqi Şəxsinin direktoru Şəxs tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. Belə olan halda aydın olur ki, borclu vəzifəli şəxs Beyləqan Rayon X7 Hüquqi Şəxsinin direktoru Şəxs məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Beyləqan Rayon X7 Hüquqi Şəxsinin direktoru Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Beyləqan Rayon X7 Hüquqi Şəxsinin direktoru Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Beyləqan Rayon X7 Hüquqi Şəxsinin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Beyləqan Rayon X7 Hüquqi Şəxsinin direktoru Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmək mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığı nəzərə alaraq hesab edir ki, Beyləqan Rayon X7 Hüquqi Şəxsinin direktoru Şəxs inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati cərimə ilə əlaqədar olmayan həbs tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Beyləqan Rayon X7 Hüquqi Şəxsinin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat cərimə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-238/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-238/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver