Məhkəmə qərarları › İş №3(020)-245/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-245/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-245/2023 28.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Beyləqan rayonunun İmamverdilər kəndində anadan olmuş, orta təhsilli, ailəli, üç uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, hal-hazırda Beyləqan rayon, İmamverdilər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayon məhkəməsinin 2(012)-4823/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən çıxarılmış icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq 10 iyun 2014-cü il təvəllüdlü Tağızadə Ülvi azər oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün gər ay 193 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, icra məmurunun qanuni çağırışlarına gəlməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Abşeron rayon məhkəməsinin 2(012)-4823/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən çıxarılmış icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq 10 iyun 2014-cü il təvəllüdlü Tağızadə Ülvi azər oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün gər ay 193 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Maddi imkanı zəif olduğundan icra sənədi üzrə göstərilən alimenti ödəyə bilməmiş, nəticədə icra sənədi üzrə 1158 manat aliment borcu yaranmışdır. Halhazırda icra sənədi üzrə olan aliment borcunu ödəməyə maddi imkanı çatmır. Ona vaxt verilərsə gələcəkdə borcunu alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Gündəlik fərdi işlərlə məşğul olur, qazancını özünün dolanışığına sərf edir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, Abşeron rayon məhkəməsinin 2(012)-4823/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən çıxarılmış icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq 10 iyun 2014-cü il təvəllüdlü Tağızadə Ülvi azər oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün gər ay 193 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuni icra tədbirləri görmüş, borclu Şəxs icra sənədi üzrə alimenti ödəməsi barədə məlumat verilmişdir. Şəxs icra sənədi üzrə alimentdən bugünədək heç bir ödəniş etməmişdir. Nəticədə Şəxs icra sənədi üzrə 1158 manat aliment borcu yaranmışdır. İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs yaşadığı ünvana tələbin könüllü icrası ilə bağlı təkrar bildiriş göndərilmişdir. Şəxs İcra və Probasiya şöbəsinə gəlmiş, icra şöbəsində izahat verərək icra sənədi üzrə aliment borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də X1 inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə Abşeron rayon məhkəməsinin 2(012)-4823/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən çıxarılmış icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq 10 iyun 2014-cü il təvəllüdlü Tağızadə Ülvi azər oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün gər ay 193 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələbini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 fevral 2023-cü il tarixdən, saat 12:50-dən hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar