Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-245/2024 27.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-76/2020 saylı, 07 yanvar 2020ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq xx.xx.2012-ci ildə anadan olan Sənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmişdir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-76/2020 saylı, 07 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq xx.xx.2012-ci ildə anadan olan Sənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmişdir. İcra sənədi üzrə alimenti hər ay vaxtında ödəmişdir. İkinci dəfə ailə qurduqdan sonra ikinci həyat yoldaşı ardıcıl olaraq üç dəfə böyrək əməliyyatı keçirdiyindən əlində olan pulunu yoldaşının mualicə xərclərinə xərclədiyinə görə alimenti ödəməmişdir. Nəticədə icra sənədi üzrə 1300 manat aliment borcu yaranmışdır. Bundan başqa özünün də səhəttində problemlər olduğuna görə ağır işlərdə işləyə bilmir. İşğaldan azad olunmuş ərazilərdə aparılan tikinti işlərində fəhlə kimi təzə işə düzəlmişdir. Hazırda icra sənədi üzrə yaranmış aliment borcundan 300 manat ödəmək imkanı vardır. Qalan borcunu isə ona vaxt verilərsə hər ay alimentlə birlikdə hissə-hissə ödəyəckdir. Həmçinin himayəsində yaşlı atası və həyat yoldaşı vardır. Evin yeganə qazanc gətirənidir. İcra sənədi üzrə borcundan hazırda 300 manat ödədiyini, icra sənədini icra etməkdən boyun qaçırmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-76/2020 saylı, 07 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq xx.xx.2012-ci ildə anadan olan Sənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmişdir. Şəxs əvvəllər icra sənədi üzrə alimenti vaxtı ödəmiş, lakin sonradan barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə alimentdən heç bir ödəniş etməmişdir. Nəticədə Şəxs icra sənədi üzrə 1300 manat aliment borcu yaranmışdır. Onun çağırışı əsasında Şəxs rayon İcra və probasiya şöbəsinə gəlmiş, icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə aliment borcunu tam ödəmək üçün maddi imkanının olmadığını, ona vaxt verilərsə icra sənədi üzrə borcunu hissə-hissə ödəyəciyini bildirmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Şəxs hazırda məhkəməyə gətrildikdən sonra icra sənədi üzrə borcundan 300 manat ödəmiş, qalan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-76/2020 saylı, 07 yanvar 2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq xx.xx.2012-ci ildə anadan olan Sənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmişdir. İş materialına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, icra sənədi üzrə borclu Şəxs icra sənədi üzrə borclu olduğu puldan 300 (üç yüz) manat borcu tələbkar X2 ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Elgiz Rzayevin izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs icra sənədi üzrə aliment borcunu maddi imkanı olmadığından ödəməmiş, hazırda isə icra sənədi üzrə aliment borcundan 300 manat pul tələbkarın hesabına ödəmiş, qalan borcunu alimentlə birlikdə hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, icra sənədi üzrə borcu Şəxs icra sənədi üzrə borcundan 300 manat pulu tələbkar X1 hesabına ödəmişdir. Qalan borcunu isə hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-245/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-245/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver