Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-245/2025 23.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin YNH üzrə inspektoru polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili Vəkil iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Bolsulu qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Beyləqan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon PŞ-nin YNH üzrə inspektoru polis kapitanı X3 tərəfindən tərtib edilmiş 22 aprel 2025-ci il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin YNH üzrə inspektoru polis kapitanı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, məlumat daxil olmuşdu ki, Beyləqan rayonu, Bolsulu qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir.Hadisə yerinə gedərək oranı müayinə etmişdir. Müayinə zamanı avtomaşının 15 metr tormoz izi olmuşdur. Müayinə olunarkən həmçinin məlum olmuşdur ki, həmin ərazidə mal qaranı keçirmək üçün nişan və eləcə də sürət həddini gösətərən nişan olmamışdır. Şəxs “X5” Qanunun 39 və 47-ci maddələrinin tələblərini pozduğuna görə Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 20 aprel 2025-ci il tarixdə saat 12 radələrində ona məxsus üç baş iribuynuzlu mal qaranı Ağcabədi-Kəbirli-Beyləqan yolunun sağ çiyni ilə apararkən qarşıdan yüksək sürətlə gələn "Hyundai Tucson" markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən ona məxsus bir baş iribuynuzlu malını vurub oldürmüşdür. "Hyundai Tucson" markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gəlirdi. Başqa maşını ötmək istəyirdi, lakin keçə bilməyib heyvanı vurmuşdur. Mal qaranı yolun kənarı ilə aparıb qarşıdan yolu keçirəcəkdi. Mal qara yolun kənarında olub və yolun hərəkət hissəsində olmayıb. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirmişdir ki, iş materiallarından görünür ki, hadisə vaxtı sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin surət həddi 80-90 km olmuşdur. Nəzərə alsalar ki, həmin yolda həmin sürətlə hər hansı təhlükənin qarşısının alınması mümkün deyildir. Eyni zamanda Şəxs heyvanı yolun digər tərəfinə ötürməyib və onun heyvanı yol çiyni ilə apardığı müəyyən olunur. Ona görə də Şəxs barəsində tərtib edilmiş protokolun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 12:30 radələrində atası Şahid «Hyundai Tucson» markalı **- VP-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə idarə edən zaman Ağcabədi- Kəbirli-Beyləqan yolunda anidən iribuynuzlu mal avtomaşın yoluna çıxaraq avtomaşınını əzmişdir. Həmin avotmobili ümumi etibarnamə əsasında almışdır. Hadisə nəticəsində ona maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 12:30 radələrində etibarnamə əsasında idarə etdiyi «Hyundai Tucson» markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağcabədi-Kəbirli-Beyləqan yolunda hərəkətdə olarkən qarşıda mal-qaranın olduğunu görmüşdür. Mal-qaranın yanına çatmağına az qala anidən mal yola tərəf qaçmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə bir baş iribuynuzlu mal ölmüş və avtomaşına ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli Etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs ümumi etibarnamə əsasında onun istifadəsində olan “Hyundai Tucson” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsini Şahid etibar edilmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixə qədər etibarlıdır. "Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, Şahid «Hyundai Tucson» markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağcabədi-Kəbirli-Beyləqan yolu ilə hərəkət etdirərkən qarşısına çıxan bir baş iribiynuzlu heyvanı avtomobilin qabaq hissəsi ilə vurmuşdur. 22 aprel 2025-ci il tarixli SA 056 №-li ziyan aktından görünür ki, “Hyundai Tucson” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinın yol-nəqliyyat hadisəsi zamanı qabaq bamperi, qabaq saö qapı spolyeri, şüşəsilən su çəni, qabaq qənədaltı örtüyü, qabaq sağ duman fənəri, bamperaltı örtüyü, kabron bərkedici düymələri güclü zərbə nəticəsində əzilərək yararsız vəziyyətə düşmüşdür. Nəqliyyat vasitəsində əzilmiş, qırılmış, deformasiya uğrayaraq yarasız vəziyyətə düşmüş hissələrin və tələb olunan materialların dəyəri 1125 manat təşkil edir və nəqliyyat vasitəsinin əvvəlki vəziyyətə salınması, təmiri rənglənməsi və hadisə yerindən təmir sexinə daşınması üşün tələb olunan xidmət haqqının məbləği 1000 manat təşkil edir. Yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın məbləği cəmi 2125 manat təşkil edir. Beyləqan rayn Polis Şöbəsinin 30 may 2025-ci il tarixli məktubundan görünür ki, Ağcabədi-Kəbirli-Beyləqan yolunun Beyləqan rayonunun Bolsulu qəsəbəsindən keçən 21ci km-də 3.24 maksimum sürətin məhdudlaşdırılması və 1.24 mal-qara keçidi yol nişanı yoxdur. “X5” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinə əsasən nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 km-dən çox olmayan sürətlə idarə edilməsi qadağandır. Həmin qəsəbənin girişində 5.24 yol nişanı yaşayış məntəqəsinin başlanğıc yol nişanı vardır. “X5” Azərbaycan Respublikası Qanunun 66-cı maddəsinin 2-ci bəndinə əsasən 5.24 yol nişanı yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir. Belə olan halda hadisənin baş verdiyi ərazidə maksimum surət həddi 90 km-dir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-8/2388/2025 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyində göstərilmişdir ki, mövcud metodikanın tələblərinə əsasən mal-qara ötürən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və mal-qara ötürənin hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə; hərəkət üçün təhlükə yaranan anda “Hyundai Tucson” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin iribuynuzlu heyvanı vurulma yerindən 64,5- 77,7 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. -hərəkət üçün təhlükə yaranan anda “Hyundai Tucson” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin iribuynuzlu heyvanı vurulma yerindən 64,5-77,7 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil etmişdir Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur ki, 20 aprel 2025-ci il tarixində saat 12:00-da Şahid etibarnamə ilə idarə etdiyi “Hyundai Tucson” **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağcabədi-Kəbirli Beyləqan yolunda asfalt yol ilə hərəkətdə olan zaman Şəxs məxsus bir baş iribuynuzlu heyvanın nəzarətsiz qoyulması səbəbindən həmin heyvan asfalt yoluna çıxan zaman onu vurmuş, nəticədə ümumi etibarnamə əsasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs istifadəsində olan “Hyundai Tucson” **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 338.4-cü maddəsinə əsasən Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; nasaz velosipeddən istifadə etməyə; piyadaların hərəkətinə maneə yaradılmasına; keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə- qırx manat məbləğində cərimə edilir. 338.5-ci maddəsinə əsasən At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- qırx manat məbləğində cərimə edilir. 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1 -ci maddəsinə əsasən "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəm hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Şəxs alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab:Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Şəxs alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab:Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün . Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №3(020)-245/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-245/2025
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver