Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-246/2024 27.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1957-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, H.Hacıyev küçəsi ev 112-də qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu, H.Hacıyev küçəsi ev 112-də yerləşən evində muvafiq sənədləri olmayan bir ədəd 16 kalibirli tək lülə E 09573 nömrəli ov tüfənginin daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonunda qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə, Beyləqan rayonu, H.Hacıyev küçəsi ev 112-də yerləşən evində olan zaman qapısının döyüldüyünü eşidərək qapıya çıxmış, qapıda bir nəfər polis əməkdaşının dayandığını görmüşdür. Həmin polis əməkdaşı özünü təqdim edərək ondan evində ov tüfəngi olub-olmadığını soruşmuş, o, da polis əməkdaşına atasından qalma bir ədəd ov tüfəngi olduğunu bildirmişdir. Polis əməkdaşı ondan həmin ov tüfənginin sənədlərini ondan istəmişdir. O, polis əməkdaşına ov tüfənginin heç bir sənədlərini olmadığını bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşına təhvil vermiş, özü də polis əməkdaşı ilə birlikdə rayon PŞ-nə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə nəfəri polis baş serjantı X1 rayon PŞ-nin rəisi Ceyhun Qurbanova ünvanladığı raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Beyləqan rayon ərazisində xidmətdə olduğu zaman Şəxs ov tüfəngi olduğunu tərəfindən müəyyən olunmuşdur. Bundan sonra Şəxs ünvanına gedərək evində olan ov tüfənginin sənədi olub-olmamasını soruşduqda Şəxs evində olan ov tüfənginin sənədlərinin olmadığını bildirmişdir. Ona görə də ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün 16 kalibirli tək lülə E 09573 nömrəli ov tüfəngini və Şəxs rayon PŞ-nə gətirmişdir. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 16 kalibirli tək lülə E 09573 nömrəli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-246/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-246/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver