Məhkəmə qərarları › İş №3(020)-247/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-247/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-247/2024 28.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Beyləqan rayonu, Eyvazalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, bir uşaq atası, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu Yeni Ramana 2-ci sahə ev 505-də yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Neftçala rayon məhkəməsinin 2(053)-441/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs və digər borclu X1 312 ABŞ dolları pul və 30 manat dövlət rüsumu alınıb ləğv prosesində olan “Atabank” Ləğvedici Əmənatlərin Sığortalanması Fondunun xeyirinə verilməlidir. Beyləqan rayon məhkəməsinin 2(020)-409/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 1319.04 manat pul və 30.40 manat dövlət rüsumu alınıb "xxxx" ASC-nin xeyirinə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-292/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 1849 manat pul və 30 manat dövlət rüsumu alınıb "xxxx" MMC-nin xeyirinə ödənilməlidir.Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Neftçala rayon məhkəməsinin 2(053)-441/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan və digər borclu X1 312 ABŞ dolları pul və 30 manat dövlət rüsumu alınıb ləğv prosesində olan “Atabank” Ləğvedici Əmənatlərin Sığortalanması Fondunun xeyirinə verilməlidir. Beyləqan rayon məhkəməsinin 2(020)-409/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 1319.04 manat pul və 30.40 manat dövlət rüsumu alınıb "xxxx" ASC-nin xeyirinə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-292/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan 1849 manat pul və 30 manat dövlət rüsumu alınıb "xxxx" MMC-nin xeyirinə ödənilməlidir. Maddi imkanı olmadığına görə icra sənədləri üzrə borclarını ödəyə bilməmişdir. İcra məmuru tərəfindən onun ünvanına göndərilən çağırışlar faktiki qeydiyyatda olduğu ünvana göndərilmiş, hazırda Bakı şəhərində yaşadığından icra məmurunun çağırışlarından xəbərdar olmamışdır. Polis əməkdaşı tərəfindən ona barəsində axtarış olduğunu bildirildikdən sonra icra şöbəsinə gəlmişdir. İcra şöbəsində icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunmuş və icra sənədləri üzrə borcunu ödəmək tələb olunmuşdur. İcra məmuruna borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. İcra sənədləri üzrə borclarını gələcəkdə imkanı olarsa ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Neftçala rayon məhkəməsinin 2(053)-441/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs və digər borclu X1 312 ABŞ dolları pul və 30 manat dövlət rüsumu alınıb ləğv prosesində olan “Atabank” Ləğvedici Əmənatlərin Sığortalanması Fondunun xeyirinə verilməlidir. Beyləqan rayon məhkəməsinin 2(020)-409/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 1319.04 manat pul və 30.40 manat dövlət rüsumu alınıb "xxxx" ASC-nin xeyirinə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-292/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 1849 manat pul və 30 manat dövlət rüsumu alınıb "xxxx" MMC-nin xeyirinə ödənilməlidir. Borclu Şəxs icra sənədləri üzrə borcunu ödəməsi üçün müxtəlif vaxtlarda xatırlatma məktubları göndərilmiş, icra şöbəsinə dəvət olunmuşdur. Lakin Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədləri üzrə borcundan heç bir ödəniş etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş göndərilmişdir. Lakin Şəxs icra sənədləri üzrə borcunu bu günədək ödəməmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, hazırda icra sənədləri üzrə olan borclarını ödəmək üçün maddi imkanı yoxdur. Ona vaxt verilərsə gələcəkdə hissə-hissə ödəyəcəkdir. Tələbkarlar borcun ödənilməsini tələb edir. Ona görə də Şəxs barəsində protokol tərtib edərək məhkəməyə gətirmişdir. İşdə olan Neftçala rayon məhkəməsinin 2(053)-441/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Şəxs və digər borclu X1 312 ABŞ dolları pul və 30 manat dövlət rüsumu alınıb ləğv prosesində olan “Atabank” Ləğvedici Əmənatlərin Sığortalanması Fondunun xeyirinə verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-409/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs 1319.04 manat pul və 30.40 manat dövlət rüsumu alınıb "xxxx" ASC-nin xeyirinə verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-292/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 1849 manat pul və 30 manat dövlət rüsumu alınıb "xxxx" MMC-nin xeyirinə ödənilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədləri üzrə olan borclarını üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da qalan borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində aşağı həddə inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 mart 2024-cü il tarixdən, saat 16:10-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar