Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-248/2024 28.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Beyləqan rayonu, Bahar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, Beyləqan rayonu, Bahar qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu NZS qəsəbəsində yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Ucar rayon məhkəməsinin 2(063)-242/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay sabit pul məbləğində bir uşağın saxlanılması üçün cəmi 120 manat aliment tutularaq X1 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Ucar rayon məhkəməsinin 2(063)-242/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan hər ay sabit pul məbləğində bir uşağın saxlanılması üçün cəmi 120 manat aliment tutularaq X1 verilməlidir. İlk vaxtlar icra sənədi üzrə alimenti hər ay vaxtında ödəmiş, lakin sonradan maddi imkanı olmadığına görə icra sənədi üzrə alimenti ödəməmiş, nəticədə icra sənədi üzrə 4200 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən onun ünvanına bir neçə dəfə çağırış məktubu göndərilmiş, lakin Bakı şəhərində yaşaması ilə əlaqədar olaraq icra məmurunun çağırışlarından xəbərdar olmamış, ona görə də icra şöbəsinə gəlməmişdir. Hazırda icra sənədi üzrə aliment borcunu ödəmək üçün maddi imkanı yoxdur. Ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Ucar rayon məhkəməsinin 2(063)-242/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay sabit pul məbləğində bir uşağın saxlanılması üçün cəmi 120 manat aliment tutularaq X1 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə alimenti ödəməsi üçün barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq son zamanlar heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 4200 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra şöbəsinə gəlməkdən imtina etmişdir. Bundan sonra Şəxs məxsus mobil telefona zəng edərək icra şöbəsinə dəvət etmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə alimen borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Ucar rayon məhkəməsinin 2(063)-242/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs hər ay sabit pul məbləğində bir uşağın saxlanılması üçün cəmi 120 manat aliment tutularaq X1 verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 mart 2024-cü il tarixdən, saat 16:26-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-248/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-248/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver