Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-250/2024 29.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Füzuli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, deməsinə görə məhkum olunmuş, subay, işsiz, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olan, Beyləqan şəhəri, H.Əliyev prospekti ev 23-də yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində idarə etdiyi “BMW” markalı, **- TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə YPX-nin əməkdaşları tərəfindən saxlanılmış və Şəxs sənədlər tələb olunan zaman Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, həmçinin yoxlama zamanı nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur. Bununlada Şəxs Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində xx.xx.2023-cü il tarixdə, saat 17:40 radələrində idarə etdiyi “BMW” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək sənədləri tələb etmiş və idarə etdiyi avtomobildə konstruksiya dəyişkiliyi etməsi barədə ona irad bildirmişlər. O, polis əməkdaşlarına avtomobildə hər hansı bir konstruksiya dəyişikliyi etmədiyini bildirmiş, bu zaman polis əməkdaşları ilə aralarında sözlü mübahisə yaranmışdır. Bundan sonra polis əməkdaşları onu rayon PŞ-nə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə rayon PŞ-nə getmişlər. Polis şöbəsində onun avtomobili sərxoş vəziyyətdə idarə etməsini muayinə etmək məqsədi ilə Beyləqan rayon Polis şöbəsində həkim iştrakı ilə sidiyindən test üsulu ilə yoxlama aparılan zaman testin çubuğunda pozitiv nəticə çıxaraq onun avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur. Həmçinin bildirdi ki, 3 ay əvvəl toyda quruldulmuş marixuana qəbul etmişdir. Hal-hazırda hərəkətlərindən peşimandır. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin DYPB-nin YPXnin inspektoru serjantı X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:35 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində DYPB-nin YPX inspektoru polis baş serjantı X5 ilə birlikdə xidmətdə olan zaman hərəkətdə olan “BMW” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyindən ona saxla işarəsi verərək sürücüyə yaxınlaşmış və özlərini təqdim edərək sürücüdən sənədləri təqdim etməsini tələb etmişlər. Həmin vaxt sürücü səs-küy salmağa başlamış və qeyri-adi hərəkətlər onları qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. Ona görə də şəxsiyyəti onlara sonradan məlum olan sürücü Füzuli rayon Kürdmahmudlu kəndində qeydiyyatda olan, hazırda Beymləqan şəhərində yaşayan Şəxs rayon PŞ-nə gətirərək NH-yə təhvil vermişlər. Polis şöbəsində həkim iştrakı ilə sidiyindən test üsulu ilə yoxlama aparılan zaman testin çubuğunda pozitiv nəticə çıxaraq Şəxs avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X1 rayon PŞ-nin DYPB-nin YPX-nin inspektoru serjantı X2 izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdilər və O.Hüseynovla eyni məzmunda izahat verdilər. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində idarə etdiyi “BMW” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə YPX-nin əməkdaşları tərəfindən saxlanılmış və Şəxs sənədlər tələb olunan zaman Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, həmçinin yoxlama zamanı nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 29 mart 2024-cü il tarixli 254 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə avtomobil idarə edərkən sərxoş vəziyyətdə olmamışdır. İşə əlavə olunmuş İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi muayinəsi barədə 29 mart 2024-cü il tarixli, 254 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitə olan marixuana qəbul edərək avtomobil idarə etmişdir. Toplanmış araşdırma materialları və insan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə rəyi, eləcə də inzibati xəta əməli törətmiş şəxs Şəxs və şahidlərin izahatları ilə Şəxs hadisə vaxtı sərxoş vəziyyətdə idarə etdiyi, həmçinin ictimai qaydanın mühafizə vəzifələrini icra edən, polis əməkdaşlarının qanuni tələblərina tabe olmaması kifayət qədər sübuta yetmişdir. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, hazırki hadisənin ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis əməkdaşlarına qarşı törətməsini və avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməkdə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasına uyğun olaraq həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. İş materiallarından görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 18:30-da tutma protokolu tərtib edilmişdir. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 mart 2024-cü il saat 18:30-dan hesablansın. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-250/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-250/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver