Məhkəmə qərarları › İş №3(020)-251/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-251/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-251/2024 29.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Beyləqan rayon Polis şöbəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(020)-250/2024 saylı material Beyləqan Rayon Məhkəməsinə daxil olmuşdur. Həmçinin Beyləqan rayon Polis şöbəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(020)-251/2024 saylı material Beyləqan Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə 29 mart 2024-cü il tarixdə icraata daxil olmuş 3(020)-251/2024 saylı inzibati iş, icraatımda olan 3(020)-250/2024 saylı material ilə mahiyyəti üzrə eynilik təşkil etdiyindən bir icraatda, yəni 3(020)-250/2024 saylı iş nömrəsi ilə birləşdirilməli, qeyd olunan inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 34, 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA АLDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(020)-251/2024 saylı material bir icraatda, yəni 3(020)-250/2024 saylı iş nömrəsi ilə birləşdirilsin. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar