Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-253/2023 01.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Beyləqan rayonunda doğulmuş, fərdi əməklə məşğul olan, evli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, deməsinə görə əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, RTS qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs 28 fevral 2023-cü il tarixdə, saat 21:40 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 28 fevral 2023-cü il tarixdə, saat 21:40 radələrində idarə etdiyi “Mersedes-Benz” markalı, **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman sərxoş vəziyyətdə olduğundan özündə olmamış və yolun hərəkət istiqamətinin sağ hissəsində dayanan Beyləqan rayon PŞ-nin NH-nə məxsus avtomobilini arxadan vurmuşdur. Bu zaman kənarda olan polis əməkdaşı hadisə yerinə yaxınlaşmış və o, avtomobildən düşmüş, polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edərək hadisə yerində gözləməsini ona bildirmişdir. Həmin vaxt polis əməkdaşı ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı polis əməkdaşı onu nizam-intizama dəvət etmiş, lakin o, əsəbi və sərxoş vəziyyətdə olduğuna görə polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam edərək oradan uzaqlaşmağa cəhd göstərmişdir. Sonra isə polis şöbəsinə getməyə etiraz etmişdir. Buna baxmayaraq polis əməkdaşı PŞ-nin xidməti avtomobili ilə onu Beyləqan rayon PŞnin inzibati binasına gətirmişdir. Əməlindən peşimandır. Hadisə zamanı sərxoş vəziyyətdə olduğundan özündə olmamışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon polis şöbəsinin polis nəfərisürücüsü, polis baş serjantı X1 izahatında göstərdi ki, xidməti zərurətlə əlaqədar olaraq xx.xx.2023cü il tarixdə, saat 21:40 radələrində ona təhkim olunmuş Beyləqan RPŞ-nin NH-nin **-PT-*** d/q nişanlı, “CHEVROLET” markalı xidməti avtomaşınını M.Ə.Rəsulzadə küçəsində yolun hərəkət hissəsində saxlayıb avtomobilin yanından uzaqlaşan zaman “Mersedes-Benz” markalı, **-SF-*** d/q nömrə nişanlı avtomobil ona təhkim olunmuş avtomobili arxadan vurduğunu görmüşdür. Bu zaman o, polis şöbəsinin növbətçi hissəsinə radiostansiya vasitəsi ilə məlumat vermiş, hadisə yerinə yaxınlaşmışdır. Sürücü bu zaman avtomobildən enərək nəlayiq ifadələr işlədərk hadisə yerindən uzaqlaşmaq istəmişdir. O, həmin şəxsi saxlayaraq hadisə yerində gözləməsini bildirərkən həmin şəxs onun qanuni tələbinə qəsdən tabe olmayaraq avtomobilin yanından qaçıb getmişdir. Bundan sonra rayon PŞ-nin əməkdaşlarının köməkliyi ilə həmin sürücü saxlanılaraq Beyləqan rayon PŞ-nə gətirilmiş, tibbi muayinədən keçirilmişdir. PŞ-də məlum olmuşdur ki, həmin şəxs Beyləqan rayon Şitilçilik qəsəbə sakini Şəxs olduğu müəyyən edilmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 fevral 2023-cü il tarixdə axşam radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun bu hərəkətləri özünün etirafı, şahidin izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 28 fevral 2023-cü il tarixli 219 saylı protokoldan görünürki Şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Samir Axundov həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xəta əməli törətmiş şəxs Şəxs şəxsiyyətini,törətdiyi xətanin xarakterini, onun təqsirinin dərəcəsini, hadisəni sərxoş vəziyyətdə törətməsini, polis əməkdaşının ondan şikayətçi olmasını nəzərə alıb Şəxs təqsirləndirildiyi maddənin sanksiyası daxilində inzibati həbs təyin edilməsini qanuna müvafiq hesab edirəm. İş materiallarından görünür ki, Şəxs barəsində 28 fevral 2023-cü il tarixdə saat 22:00-da tutma protokolu tərtib edilmişdir. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 fevral 2023-cü il tarixdən saat 22:00-dan hesablansın Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-253/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-253/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver