Məhkəmə qərarları › İş №3(020)-254/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-254/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-254/2023 01.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Beyləqan rayonunda anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan şəhəri, Nuru Paşa küçəsi, ev 5-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:40 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ucadan ünvansız nəlayiq söyüşlər söyərək orada olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, ünvan 2 ünvanda daimi yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 21:40 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə tanışı olan Alış Musalı həmin ərazidə polis əməkdaşlarının xidməti avtomobilini vurduğuna görə hadisə yerinə gəlmiş, hadisə yerinə gələn zaman orada olan polis əməkdaşları ondan hadisə yerindən uzaqlaşmasını tələb etmişlər. Bu zaman əsəbləşərək uca səslə ünvansız söyüşlər söyməyə başlamışdır. Həmin vaxt orada olan polis əməkdaşları onu nizam-intizama dəvət etsələrdə o, əsəbi və sərxoş vəziyyətdə olduğundan öz hərəkətlərinə davam etmişdir. Bundan sonra olis əməkdaşları onu rayon PŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Hazırda əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində PPXB-nin polis nəfəri polis serjantı Əliyev Zülfüqarla birlikdə Beyləqan rayonu ərazisində avtopatrul marşurutunda xidmətdə olduqları zaman rayonun M.Ə.Rəsulzadə küçəsində baş vermiş avtoqəza ilə bağlı olaraq hadisə yerinə getmişlər. Hadisə yeri Polis əməkdaşları tərəfindən araşdırılarkən bir nəfər şəxs polisin xidməti fəaliyyətinə maneçilik etmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq hadisə yerindən kənarlaşmasını bildirmişdir. Bu zaman həmin şəxs ünvansız nəlayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələrdə həmin şəxs onlara məhəl qoymadan hərəkətlərinə davam etmiş, orada olan adamların narahatçılığına səbəb olmuşdur. Ona görə də həmin şəxsi rayon PŞ-nin NH-nə gətirmişlər. polis şöbəsində həmin şəxsin Beyləqan rayon sakini Şəxs olduğu məlum olmuşdur. Şəxs həmin hərəkətləri Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində baş vermiş, orada olan şəxslərin narahatlığına səbəb olmaqla yanaşı, o, bu hərəkətləri ilə polisin xidməti fəaliyyətinə maneçilik törətmişdir. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:40 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ucadan ünvansız nəlayiq söyüşlər söyərək orada olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 28 fevral 2023-cü il tarixli 221 saylı protokoldan görünürki Şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X1 Beyləqan rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə, saat 21:40 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ucadan ünvansız nəlayiq söyüşlər söyərək orada olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları, özünün etirafı və şahidin izahatı ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, sərxoş vəziyyətdə xırda xuliqlanlıq hərəkətləri etməsini, onun təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. İş materiallarından görünür ki, Şəxs barəsində 28 fevral 2023-cü il tarixdə saat 22:00-da tutma protokolu tərtib edilmişdir. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 5 (beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 fevral 2023-cü il tarixdən, saat 22:00-dan hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar