Məhkəmə qərarları › İş №3(020)-256/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-256/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-256/2023 10.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş X3 Filialının müdiri Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında yerləşən X3 Filialının barəsində Saatlı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Saatlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, ünvan 1 ünvanında yerləşən X3 Filialı tərəfindən həmin idarəyə məxsus “CHEVROLET NİVA 2*2300” minik markalı, *0-PC-056 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydaları əlehinə olan inzibati xəta törətdiyinə görə hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qrumunun istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanının (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətə məlumat verilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs X3 Filialının müdiri Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, rəhbəri olduğu X3 Filialının (mülkiyyətində) istifadəsində olan sürücü X* idarə etdiyi “CHEVROLET NİVA 2*2300” minik markalı, *0-PC-056 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə 30.0*.2023-cü il tarixdə, saat *3:04 radələrində nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 339.*-*-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Bununla bağlı Saatlı rayon PŞ-dən 08 fevral 2023-cü il tarixdə X3 Filialının yol hərəkəti qaydaları əlehinə olan inzibati xəta törətdiyinə görə hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qrumunun istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanının (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olmuşdur. Sorğuya onun tərəfindən *3 fevral 2023-cü il tarixdə cavab verilmişdir. Cavab məktubunda avtomobilin sürücüsünün X2 olması göstərilmişdir. Göstərilənlərin nəzərə alınmasını, X3 Filialının barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Saatlı rayon PŞ-nin ünvanına məhkəmə bildirişi göndərilmiş iş materiallarına əlavə edilmiş poçt şöbəsinin xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi göndərilən məktub Saatlı rayon PŞ-nin nümayəsndəsi tərəfindən qəbul edilmişdir. Lakin Saatlı rayon polis şöbəsi işə baxılması ilə əlaqədar olaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Saatlı rayon PŞ-nin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İXM-nin **2.*.4-cü maddəsini nəzərə alıb hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında işə baxılmasını mümkün hesab edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən X3 Filialının yol hərəkəti qaydaları əlehinə olan inzibati xəta törətdiyinə görə hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qrumunun istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanının (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətə məlumat verilməsi barədə Saatlı rayon PŞ-nin DYPB-si tərəfindən 08 fevral 2022-ci il tarixdə məktub göndərilmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, X3 Filialının (mülkiyyətində) istifadəsində olan sürücü X2 idarə etdiyi “CHEVROLET NİVA 2*2300” minik markalı, *0-PC- 056 dövlət nömrə nişanlı avtomobillə 30.0*.2023-cü il tarixdə, saat *3:04 radələrində radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İXMnin 339.*-*-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İşdə olan 08 fevral 2023-cü il tarixli poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikası DİN-nin Saatlı rayon PŞ-nin DYPB-i tərəfindən X3 Filialına hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qrumunun istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsinə dair hüquqi şəxsin ünvanına sorğu verilmişdir. İşə əlavə edilmiş X3 Filialının *3 fevral 2023-cü il tarixli, 3-*7-2/2-*3609/2023 nömrəli məktubdan görünür ki, X3 Filialının yol hərəkəti qaydaları əlehinə olan inzibati xəta törətdiyinə görə hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qrumunun istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Azərbaycan Respublikası DİN-nin Saatlı rayon PŞ-nin DYPB-nə göndərmişdir. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs X3 Filialının müdiri Nümayəndə izahatını və iş materiallarını nəzərdən keçirib X3 Filialının istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı beş iş günü müddətində Azərbaycan Respublikası DİN-nin Saatlı rayon PŞ-nin DYPB-nə məlumat verdiyi məlum olmuşdur. Ona görə də X3 Filialının hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.*.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin **2, **4, **5, **7, *28- *30-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: X3 Filialının hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan *0 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar