Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-257/2025 22.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Şikayət vermiş şəxs – X6, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin iş üzrə başlanılmış icraata xitam verilməsinə dair X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və xx.xx.2025-ci il tarixli Ç-İM/4825-011 saylı iddia tələbinə əsasən hesablanmış 1700 manat cərimə borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X13 ilə aralarında bağlanılmış icarə müqaviləsinə əsasən Ə.Kərimova məxsus Beyləqan şəhəri. “Magistral” küçəsində yol kənarında yerləşən obyekti “Yem” məhsullarının və bəzi “İnşaat” materiallarının satışı məqsədi ilə icrayə götürmüş və həmin obyektə şərti olaraq “Əlioğlu” İnşaat və Yem Dükanı adını vermişdir. Həmin dükan onun yaşadığı ərazidən xeyli aralıda yerləşir və o, həmin magazada sadəcə icarəçi olaraq mağazaya gətirilən malların satışını həyata keçirir. Mağazada başqa təmir və ya tikinti işlərinin, həmçinin mağazanın ətrafında olan ağacların budanması, kəsilməsi kimi məsələri həyata keçirmək onun vəzifəsi deyildir. 05 mart 2025ci il tarixdə icarə əsasında işlətdiyi mağazada olan zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları mağazaya yaxınlaşaraq özlərini təqdim edərək mağazanın arxasında olan 3 ədəd ağacların onun tərəfimdən nə səbəbə kəsilməsini soruşmuşlar. O, isə cavabında həmin əməkdaşlara bildirmişdir ki, sözügedən mağazanı icarə əsasında işlədir və mağazanın arxasında olan ağacların kim tərəfindən və nə səbəbə kəsilməsindən xəbəri yoxdur və sözügedən ağacalar onun tərəfindən kəsilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları özləri onun əvəzindən izahat yazıb akt tərtib edərək həmin izahata və akta qol çəkməyi ona bildirmişlər. O, isə nə izahata, nədəki akta qol çəkməmişdir. Bundan sonra həmin əməkdaşlar orada bir neçə fotoşəkil çəkərək ərazidən çıxıb getmişilər. Hadisədən bir neçə gün sonra, yəni xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən onun yaşadığı ünvana poçt vasitəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə olunması barədə barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN saylı № ******* nömrəli inzibati tənbehvermə haqqında qərar göndərilmişdir. Həmin Qərarın verilməsi üçün əsas isə inzibati araşdırmanın nəticəsində tərtib edilmiş 05 mart 2025-ci il tarixli MN ******* nömrəli protokol olmuşdur. Bundan başqa cavabdeh təşkilatın ona ünvanladığı xx.xx.2025-ci il tarixli, Ç-İM/4825-011 saylı iddia tələbinə əlavə edilmiş hesabata görə guya onun kəsdiyi ağacların diametrinə əsasən hesablayaraq cəmi 1700 manat ziyan vurmağına görə həmin ziyanın ödənilməsi tələb olunur ki, o, bununla da razı deyildir. Ona görə ki, sözügedən ağacların kəsilməsində ümumiyyətlə onun heç bir rolu və iştirakı, həmçinin heç bir göstərişi olmamışdır. O, həmin mağazada sadəcə satış edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə olunmasına dair barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN saylı № ******* nömrəli inzibati tənbehvermə haqqında qərar tamamilə qanunsuz və əsassız olduğuna görə ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şikayət vermiş X11 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən obyektin arxa hissəsində olan kolları və alaqları təmizləmişdir. Həmin sözügedən ağacları onun tərəfindən kəsilməmişdir. Şikayətinin təmin olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, nümayəndəsi olduğu orqanın əməkdaşları xidməti ərazidə keçirilən monitorinq zamanı Beyləqan şəhər, magistral küçəsində fəaliyyət göstərən “Əlioğlu” inşaat və yem mağazasının arxa hissəsində 3 ədəd ağacın kök boğazdan kəsilməsi faktı müəyyən olunmuşdur. Aparılan araşdırma zamanı 1 ədəd diametri 52 sm olan ağyarpaq qovaq, 2 ədəd diametrləri 30 və 37 sm olan palıd cinsinə mənsub ağacları obyekti yenicə istifadəyə götürmüş Beyləqan şəhəri, A.Əliyev küçəsi ev 1-də yaşayan X1 məlum olmuşdur. Ağacların kəsilərək bioloji vəziyyətinin müəyyən olunması üçün müraciət etdikləri 9 saylı X9 Mərkəzinin rəyi, əvvəlki illərdə aparılmış araşdırma nəticələri, peyk görüntülərinə və ağacın qalıq hissələrinə əsasən ağacların kəsilərkən bioloji inkişafda olduğu məlum olmuşdur. X4 barəsində xx.xx.2025-ci il tarixli akt və həmin akt əsasında isə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmin protokol əsasında isə 04 aprel 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilərək X11 İXM-nin 253.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətdiyinə görə 2000 manat məbləğində cərimə edilmişdir. Həmçinin təbiətə dəymiş ziyanın hesabatı Azərbaycan Respublikası NK-nin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı Qərarının 1 saylı əlavəsinə əsasən aparılmış və bioloji inkişafda olan 3 ədəd ağacın Həsən Musayev tərəfindən qanunsuz kəsilərək məhv edilməsi nəticəsində təbiətə 1700 manat ziyan dəyməsi müəyyən edilmişdir. Faktla bağlı Beyləqan rayon PŞ-nin Təhqiqat bölməsində araşdırma aparılmış və 08 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən X6 əməlində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinin tərkib əlaməti olduğu öz təsdiqini tapmışdır. Odur ki, verilmiş şikayət ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 xx.xx.2025-ci il tarixdə Beyləqan şəhər Magistral küçəsində fəaliyyət göstərən “Əlioğlu” inşaat və yem mağazasının arxa hissəsində meşə fonduna daxil olmayan 3 ədəd bioloji inkişafda olmuş ağacları kök boğazından kəsərək məhv etmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli, 89271 N°-li akt, fotoşəkillər, yazılı izahat, mütəxəssis rəyi və peyk gösrüntüləri ilə təsdiq edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 AR İXM-nin 253.2-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 89271 nömrəli aktdan görünür ki, Beyləqan şəhər, magistral küçəsində fəaliyyət göstərən “Əlioğlu” inşaat və yem mağazasının arxa hissəsində 3 ədəd ağacın kök boğazdan kəsilməsi faktı müəyyən olunmuşdur. Aparılan araşdırma zamanı 1 ədəd diametri 52 sm olan ağyarpaq qovaq, 2 ədəd diametrləri 30 və 37 sm olan palıd cinsinə mənsub ağacları obyekti yenicə istifadəyə götürmüş Beyləqan şəhəri, A.Əliyev küçəsi ev 1-də yaşayan X1 müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, 89271 saylı akt əsasında yaşıllıqlara dəymiş ziyanın hesablanması üçün cədvəldən görünür ki, 3 ədəd bioloji inkişafda olan ağacın qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara dəymiş ziyanın ümumi məbləği 1700 (bir min yeddi yüz) manat təşkil edir. 9 saylı X9 Mərkəzinin mütəxəssisi tərəfindən verilmiş rəydən görünür ki, 1 ədəd diametri 52 sm olan ağyarpaq qovaq, 2 ədəd diametrləri 30 və 37 sm olan palıd cinsinə mənsub ağaclar kəsilən zaman bioloji inkişafda olmuşdur. Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 08 mart 2025-ci il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X10 tərəfindən Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X5 xx.xx.2025-ci il tarixdə Beyləqan rayon PŞ-nin rəisinə ünvanladığı raportla bağlı araşdırma aparılmış, araşdırma zamanı 3 ədəd ağacın kəsilməsi aşkar edilmiş, həmin faktı Həsən Musayev və onun göstərişi əsasında ağacları kəsmiş Lələkişi Əliyevin izahatı ilə təsdiq edilmişdir. Araşdırma zamanı toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən X6 həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinin əlamətləri olduğundan H.Musayevin barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Beyləqan Rayon Polis Şöbəsinin 15 aprel 2025-ci il tarixli, 39/3-13-67/2-5094/2025 saylı məktubu ilə Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsində Beyləqan rayon, A.Əliyev küçəsi ev 1-də yaşayan X11 barəsində Azərbaycan Respublikası İXM-nin 253.2ci maddəsi ilə qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci məddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X11 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki iş materialların olan sənədlərin qarşılıqlı tədqiqi nəticəsində müəyyən edilmişdir ki, X2 şəhər, magistral küçəsində fəaliyyət göstərən “Əlioğlu” inşaat və yem mağazasının arxa hissəsində 3 ədəd ağacın kök boğazdan qanunsuz olaraq kəsmiş və daha sonra idarənin əməkdaşlarına verdiyi izahatda həmin ağacların ona mane olmasını bildirmişdir. Eyni zamanda ağacaların onun tərəfindən kəsilərək şəhid ailəsinə göndərdiyini bildirmişdir. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X3 Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-257/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-257/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver