Məhkəmə qərarları › İş №3(020)-265/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-265/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-265/2023 03.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Beyləqan rayonu, Milabad qəsəbəsində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, rəsmi olaraq heç bir yerdə işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olan,hazırda Bakı şəhəri, Nizami və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1357/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 497 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)- 419/2022 saylı, 06 aprel 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 399 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Beyləqan rayon məhkəməsinin 2(020)-477/2022 saylı, 07 aprel 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 439.30 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Beyləqan rayon məhkəməsinin 2(020)-1099/2022 saylı, 22 avqust 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2545.53 manat borc və 45.86 manat dövlət rüsumu alınıb “Unibank” KB ASAC-yə verilməlidir. Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1357/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən ondan 497 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)- 419/2022 saylı, 06 aprel 2022-ci il tarixli icra sənədinə əsasən ondan 399 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Beyləqan rayon məhkəməsinin 2(020)-477/2022 saylı, 07 aprel 2022-ci il tarixli icra sənədinə əsasən ondan 439.30 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Beyləqan rayon məhkəməsinin 2(020)-1099/2022 saylı, 22 avqust 2022-ci il tarixli icra sənədinə əsasən ondan 2545.53 manat borc və 45.86 manat dövlət rüsumu alınıb “Unibank” KB ASAC-yə verilməlidir. İcra məmuru tərəfindən rayon İcra və Probasiya Şöbəsinə çağırılmış və icra sənədi üzrə olan borclarını ödəməsi tələb edilmişdir. Maddi imkanı olmadığından icra sənədləri üzrə borclarını ödəyə bilməmiş, nəticədə icra sənədləri üzrə borcları bugünədək ödənilməmiş qalmışdır. İcra məmuru tərəfindən onun ünvanına göndərilən çağırış məktubları qeydiyyatda olduğu Beyləqan rayonu Mil qəsəbəsinə göndərilmiş, lakin o, hazırda müvəqqəti olaraq Bakı şəhərində yaşadığına görə icra məmurunun çağırışlarından xəbərdar olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində axtarış qərarı olması barədə ona bildirilmiş. Polis əməkdaşları ilə birlikdə rayon İcra və probasiya şöbəsinə gəlmişdir. İcra şöbəsində icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borclarından ödəniş etməsi tələb olunmuşdur. Hazırda maddi imkanı olmadığına görə borclarını ödəyə bilmir. Gündəlik fərdi işlərlə məşğul olur və qazancı özünə ancaq kifayət edir. Ona vaxt verilərsə icra sənədi üzrə borcunu hər ay hissə-hissə ödəyəcəkdir. Ona görə də, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1357/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 497 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)- 419/2022 saylı, 06 aprel 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 399 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Beyləqan rayon məhkəməsinin 2(020)-477/2022 saylı, 07 aprel 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 439.30 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Beyləqan rayon məhkəməsinin 2(020)-1099/2022 saylı, 22 avqust 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2545.53 manat borc və 45.86 manat dövlət rüsumu alınıb “Unibank” KB ASAC-yə verilməlidir. Borclu Şəxs icra sənədləri üzrə qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədləri üzrə borclarından heç bir ödəniş etməmiş, nəticədə icra sənədləri üzrə borcları bugünədək ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədləri üzrə olan borclarını bu günədək ödəməmişdir. Şəxs İcra və Probasiya Şöbəsinə gəlmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində axtarış qərarı qəbul edilmiş, Şəxs polis tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirilmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə borclarını ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1357/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 497 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-419/2022 saylı, 06 aprel 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 399 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-477/2022 saylı, 07 aprel 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 439.30 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1099/2022 saylı, 22 avqust 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2545.53 manat borc və 45.86 manat dövlət rüsumu alınıb “Unibank” KB ASAC-yə verilməlidir. İşdə olan 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs icra məmurunun qanuni çağırışlarına gəlmədiyinə görə barəsində axtarış qərarı qəbul edilmiş və icra üçün Beyləqan rayon PŞ-nə göndərilmişdir. Şəxs polis tərəfindən tutularaq Beyləqan rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədləri üzrə olan borclarını üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 03 mart 2023-cü il tarixdən, saat 15:55-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar