Məhkəmə qərarları › İş №3(020)-265/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-265/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-265/2024 15.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Beyləqan rayonu, Aşqallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,işsiz, subay, Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 24 mart 2024-cü il tarixdə, saat 19:30 radələrində idarə etdiyi “Toyota Camry” markalı, **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonu Magistral küçəsi ilə hərəkətdə olan zaman xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Beyləqan rayon YPXB-nin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Beyləqan rayon PŞ-nə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq Beyləqan rayon Polis şöbəsi heç bir üzürlü səbəb göstərmədən öz nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Sədrlik edən inzibati xəta haqqında materiala Beyləqan rayon polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında baxılmağı mümkün hesab etdi. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, 24 mart 2024-cü il tarixdə, saat 19:30 radələrində idarə etdiyi “Toyota Camry” markalı, **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonu Magistral küçəsi ilə hərəkətdə olan zaman Beyləqan rayon Pş-nin YPX inspektorları ona saxla işarəsi vermişlər. o, polis əməkdaşlarının saxla işarəsindən sonra idarə etdiyi avtomobili saxlamış və YPX inspektoru ona yaxınlaşaraq özünü təqdim etmiş və xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə onu saxladığını bildirmiş və sənədləri istəmişdir. Sənədləri polis əməkdaşına təqdim etdikdən sonra polis əməkdaşı alkotester vasitəsi ilə onun sərxoşluğunu yoxlamış, yoxlama zamanı onun yüngül dərəcə sərxoş olması məlum olmuşdur. Polis əməkdaşına orada bildirmişdir ki, hadisədən bir neçə saat əvvəl 1-2 bakal pivə içmişdir. İçki qəbul etməsindən isə bir neçə saat müddət keçmişdir. Bundan sonra YPX-nin əməkdaşı onu rayon PŞ-nə dəvət etmiş və PŞ-nə həkim çağırılaraq onun sərxoş olub-olmamasını müayinə etmişlər. Spirtli içkini hadisədən bir neçə saat əvvəl qəbul etmişdir. Birdaha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokladan görünür ki, Şəxs 24 mart 2024-cü il tarixdə, saat 19:30 radələrində idarə etdiyi “Toyota Camry” markalı, **-SR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonu Magistral küçəsi ilə hərəkətdə olan zaman xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Beyləqan rayon YPXB-nin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. İşə əlavə edilmiş insan psixikasına təsir edən istehlak və rəsxoşluq hallarının bütün növlərinin təyin edən tibbi muayinə haqqında 24 mart 2024-cü il tarixli, 239 nömrəli protokoldan görünür ki, Şəxs hadisə vaxtı orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etməsi iş materialları, özünün izahatı və sərxoşluq haqqında muayinə protokolu ilə kifayət qədər sübuta yetrilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar