Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-265/2025 01.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonu Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, Beyləqan rayonu Əhmədli kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Beyləqan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 17 aprel 2025-ci il tarixdə, saat 18 radələrində muayinə edilən zaman narkotik vasitə olan qurudulmuş marixuananı (THC+) qanunsuz olaraq istehlak etməsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis kapitanı X3 tərəfindən xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Beyləqan rayon PŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Kənan İsmayıllı xx.xx.2025-ci il tarixdə rayon PŞ-nə raportla müraciət edərək Beyləqan rayonu, Əhçədli kənd sakini Şəxs narkotik və psixotrop maddələrdən istifadə etməsi barədə məlumat daxil olduğunu və həmin şəxsi rayon PŞ-nə gətirərək barəsində araşdırma aparılmasını xahiş etmişdir. X2 raportu ilə əlaqədar Beyləqan rayon PŞ-nin Təhqiqat bölməsində araşdırma aparılmış və araşdırma zamanı Şəxs sidik nümunəsində narkotik tərkibli maddə marixuana (THC) aşkar edilmişdir. Sorğu-sual zamanı Şəxs bildirmişdir ki, bir neçə gün öncə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiqi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, hərdən narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Belə ki, PŞ-nə dəvət edilməmişdən 10 gün əvvəl kənd ərazisində həmkəndlisi Yasəf adlı şəxsin qızının toy məclisi olmuşdur. O da həmin toy məclisinə dəvət edilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində həmin toy məclisinə getmiş və məclisdə spirtli içki qəbul etmişdir. Bundan sonra toy məclisindən çıxmış və həddindən artıq içki qəbul etdiyi üçün adını xatırlmadığı şəxslər ona narkotik vasitə marixuana vermiş, o da həmin narkotik vasitəni xatırlamadığı yerdə istifadə etmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində yaşadığı kənd ərazisində evinin yaxınlığında polis əməkdaşı ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində araşdırma zamanı ondan narkotik vasitə istifadə edib-etməməsi soruşulduqda o, markotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra ondan götürülmüş sidik nümunəsində narkotik tərkibli maddə marixuana aşkar edilmişdir. O, polis şöbəsində də öz əməlini etiraf edərək bir neçə gün öncə tanımadığı şəxsdən əldə etdiyi narkotik vasitə olan marixuanadan istifadə etdiyini etiraf etmişdir. Əməlindən peşmandır. Barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan RPŞ-nin TB-nin təhqiqatçısı polis kaptanı X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, Beyləqan rayon PŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Kənan İsmayıllı xx.xx.2025-ci il tarixdə rayon PŞ-nə raportla müraciət edərək Beyləqan rayonu, Əhmədli kənd sakini Şəxs narkotik və psixotrop maddələrdən istifadə etməsi barədə məlumat daxil olduğunu və həmin şəxsi rayon PŞ-nə gətirərək barəsində araşdırma aparılmasını xahiş etmişdir. X2 raportu ilə əlaqədar Beyləqan rayon PŞ-nin Təhqiqat bölməsində araşdırma aparılmış və araşdırma zamanı Şəxs sidik nümunəsində narkotik tərkibli maddə marixuana (THC) aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İXM-in 206-cı maddəsi ilə Şəxs barəsində araşdırılma aparılması qərarı Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, AZA 022024 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:20-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 16:10-da azad olunmuşdur. “İnsan Psixikasına təsir edən İstehlak və sərxoşluq” hallarının bütün növlərini təyin edən xx.xx.2025-ci il tarixli tibbi müayinə haqqında rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan marixuana (THC) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloj Mərkəzinin(Gəncə şəhəri üzrə) xx.xx.2025-ci il tarixli 604 nömrəli ambulator-məcburi narkoloji-tibbi yoxlama rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan (THC+) marixuana aşkar edilmişdir. Narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui - istifadə nəticəsinde yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, müayinə aktı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs özünü tam təqsirli bilərək törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi və törətdiyi əməli səmimi etiraf etməsini məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Eyni zamanda məhkəmə Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:20-də inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Bundan başqa Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-265/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-265/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver