Məhkəmə qərarları › İş №3(020)-268/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-268/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-268/2024 02.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, X1 iştirakı ilə xx.xx.1989-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-2227/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs 9057 manat pul və 111 manat dövlət rüsumu tutularaq X6 verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki Beyləqan rayon məhkəməsinin 2(020)-2227/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən ondan 9057 manat pul və 111 manat dövlət rüsumu tutularaq X6 verilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən onun ünvanına bildiriş göndərilmişdir. İcra şöbəsinə getmiş və icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcun könüllü icrası barədə ona 10 gün müddət verilmişdir. İcra şöbəsində icra məmuruna İlqar Cəfərova heç bir borcunun olmadığını, məhkəmənin qərarı ilə razılaşmadığını, icra sənədi üzrə göstərilən borcu ödəməyəcəyini bildirmişdir. İcra məmuru ona məxsus mobil telefona zəng edərək icra şöbəsinə dəvət etmişdir. İcra şöbəsinə gəlmiş və icra məmuru ondan izahat alaraq icra sənədi üzrə borcunu ödəməsini tələb etmişdir. Məhkəmə qərarı ilə razılaşmadığına görə icra sənədini icra etmək fikirndə deyil. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-2227/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 9057 manat pul və 111 manat dövlət rüsumu tutularaq X6 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcundan bu günədək ona heç bir ödəniş etməmiş, zəng edib borcunu tələb etdikdə isə müxtəlif bəhanələr gətirmişdir. İcra sənədi üzrə göstərilən borcun tam olaraq ödənilməsini tələb edir. Əks təqdirdə Şəxs şikayətçidir. Şəxs cəza verilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-2227/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 9057 manat pul və 111 manat dövlət rüsumu tutularaq X6 verilməsi qət edilmişdir. icra sənədi üzrə borcunu ödəməsi üçün borclu Şəxs barəsində qanuni icra tədbirləri görmüş, icra sənədi üzrə borcunu ödəməsini tələb etmişdir. Şəxs icra şöbəsində ondan vaxt istəyərək əmlakını sataraq icra sənədi üzrə borcunu ödəyəcəyini bildirmişdir. Lakin sonradan bir neçə dəfə icra şöbəsinə çağıran zaman mobil telefonla danışarkən icra sənədi üzrə heç bir borcu olmadığını bildirmiş və icra sənədini icra etməyəcəyini demişdir. Şəxs icra şöbəsinə gəlmədiyinə görə barəsində axtarış qərarı qəbul edərək icrası üçün rayon PŞ-nə göndərmişdir. Bugün icra şöbəsinə gəlmiş və icra şöbəsində də izahat verərək İlqar Cəfərova heç bir borcunun olmadığını bildirmiş və icra sənədini icra etməkdən imtina etmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-2227/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 9057 manat pul və 111 manat dövlət rüsumu tutularaq X6 verilməsi qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 02 aprel 2024-cü il tarixdən, saat 15:15-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar