Məhkəmə qərarları › İş №3(020)-268/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-268/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-268/2025 22.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Şikayət verən X3, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Mil-Muğan regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X13 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən X7 şikayətini onunla əsaslandırmışdır ki, ƏƏSMN-nin Əmək Müfəttişliyinin MMRŞ-i tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Cərimənin yazılma səbəbi rəhbərlik etdiyi Beyləqan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi X5 dərs prosesində yıxılması nəticəsində xəsarət alması olmuş və həmin şəxsin biliklərini yoxlamadığına görə Əmək Müfəttişliyi bu cəriməni tətbiq edib. Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında Nümunəvi Əsasnaməsinin 4-cü bəndinə əsasən işə başlamış işçilərin əməyinin mühafizəsi üzrə biliklərinin yoxlanılması onların vəzifəyə təyin edildikləri gündən sonra bir aydan gec olmayaraq, işləyənlərin isə dövrü olaraq üç ildə bir dəfədən az olmayaraq həyata keçirilməlidir. Əmək Müfəttişliyi müvafiq sənədləri almadan ona cərimə yazımışdır. O, 2020-ci ildə Aynurə İmanovanın ilk işə girmə faktını nəzərə alaraq ümumi əmr verərək biliyin yoxlanılmasına dair protokol tərtib etmişdir. X2 həmin protokol üzrə biliyinin yoxlanılmasına etiraz etmişdir. O, da rəhbər olaraq bunu hadisəni aktlaşdırmışdır. Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılması üçün müəssisənin rəhbəri olaraq əmr verərək xüsusi komissiya (bir və ya bir neçə) yaratmışdır. Müvafiq qaydada biliklərini yoxlamaq istəmiş X29 bu yoxlamadan imtina etmişdir. Əlavə olaraq 2023-cü il və 2020-ci illər ərzində işçilərin əməyin mühafizəsini keçirdərək ilkin biliklərə yiyələnməsini təmin etmişdir. X20 isə ona tətbiq edilən cəriməni 3 ili tamam olmayan bir şəxsə görə cərimə yazmışdır. 3 il tamam olsa idi yəni 2026-cı ilin sentyabr ayında Aynurə.İ.R qızının biliyinin yoxlanmadığı təqdirdə onda cərimə düzgün olardı. Ona görə də yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən xitam edilməsi barədə qərar çıxarmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X7 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X23 şikayətin əsassız olduğunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati orqana vermiş olduğu məktubunda inzibati xəta törətməsini təsdiq etdiyini qeyd edib məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 03 oktyabr 2023-cü il tarixli Aktdan görünür ki, N.Allahverdiyev adına şəhər 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X8, məktəbin həmkərlar ittifaqı təşkilatının sədri X16 və həmin məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı X18, həmin məktəbin növbətçi müəllimi X9, növbətçi müəllimi X11 və növbətçi müəllimi X26 bu aktı tərtib edirlər ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə tarix müəllimi X15 texniki təhlükəsizlik üzrə ilkin, təkrar, növbədənkənar təlimatların keçirilməsi ilə bağlı qeydiyyat jurnalına imza çəkməkdən imtina etmişdir. 23 yanvar 2025-ci il tarixli Aktdan görünür ki, N.Allahverdiyev adına şəhər 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X8, həmin məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı X18, həmin məktəbin növbətçi müəllimi X9, növbətçi müəllimi X11 və növbətçi müəllimi X26 bu aktı tərtib edirlər ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə tarix müəllimi X15 texniki təhlükəsizlik üzrə ilkin, təkrar, növbədənkənar təlimatların keçirilməsi ilə bağlı qeydiyyat jurnalına imza çəkməkdən imtina etmişdir. Beyləqan şəhər N.Allahverdiyev adına 1 Nömrəli tam orta ümumtəhsil məktəbin Texniki təhlükəsizlik təlimatının qeydiyyat jurnalının surətindən görünür ki, X4 başqa məktəbin digər işçiləri tərəfindən texniki təhlükəsizlik təlimatını keçmələrini öz imzaları ilə təsdiq etmişlər. Beyləqan Rayon Təhsil Şöbəsi N.Allahverdiyev adına şəhər 1 nömrəli tam orta məktəbin 18 mart 2025-ci il tarixli 148 №-li məktubundan görünür ki, Beyləqan şəhər N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbinə tarix müəllimi vəzifəsinə X1 onun əməyin mühafizəsinə dair biliyi yoxlanılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mil-Muğan regional şöbəsinin baş əmək müfəttişi Əlyar Əmirov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, məktəbdə müəllimə işləyən X6 Azərbaycan Respublikasının 215-ci maddəsinin 8-ci abzasında nəzərdə tutulmuş qaydada və Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının “19-3” nömrəli xx.xx.1999-cu il tarixli Əsasnamənin 3-cü, 4-cü bəndlərində nəzərdə tutulmuş qaydada ona əməyin mühafizəsinə dair qaydalara əməl edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin rəis X12 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qəbul edilərkən işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş 03 oktyabr 2023-cü il tarixli və 23 yanvar 2025-ci il tarixli Aktlardan görünür ki, tarix müəllimi X15 texniki təhlükəsizlik üzrə ilkin, təkrar, növbədənkənar təlimatların keçirilməsi ilə bağlı qeydiyyat jurnalına imza çəkməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Müfəttişliyinin Xidmətinin Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar