Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-269/2024 02.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, evli, ali təhsilli, Beyləqan şəhəri, B.Sərdarov küçəsi ev 7-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 29 mart 2024-cü il tarixdə, saat 12:50 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində idarə etdiyi “LONKİNG LG30DT” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı ağır yükləyici ilə yolun sağ kənarından yola çıxan zaman Zərərçəkmiş şəxs məxsus “Naz Lifan” markalı, **- BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bildi və məhkəmə iclasında izahat verərək göstərdi ki, “LONKİNG LG30DT” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı ağır yükləyicini Bakı şəhərindən X1 200 manata icarəyə götürmüş, evakuator vasitəsi ilə Beyləqan şəhərində yerləşən özünə məxsus olan inşaat materialları mağazasına gətirmişdir. Həmin yükləyicini onun idarə edəcəyindən Ruslanın məlumatı olmamışdır. 29 mart 2024-cü il tarixdə, saat 12:50 radələrində “LONKİNG LG30DT” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı ağı yükləyici ilə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsindən yol sağ hərəkət hissəsinə çıxan zaman yolun hərəkət istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus “Naz Lifan” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı heç bir xəsarət alan olmamışdır. Qəza nəticəsində “Naz Lifan” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. “Naz Lifan” markalı avtomobilə dəymiş maddi zərəri tam olaraq ödəmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 29 mart 2024cü il tarixdə, saat 12:50 radələrində idarə etdiyi “Naz Lifan” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olan zaman Şəxs idarə etdiyi “LONKİNG LG30DT” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı ağır yükqaldırıcı maşınla yolun hərəkət istiqamətinə çıxaraq ona məxsus avtomobillə toqquşmuşdur. Həmin vaxt avtomobildə tək olmuşdur və xəsarət almamışdır. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus “Naz Lifan” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Avtomobilinə dəymiş maddi zərəri Şəxs tam olaraq aradan qaldırmışdır. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan inzibati xəta haqqında protokladan görünür ki, Şəxs 29 mart 2024-cü il tarixdə, saat 12:50 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində idarə etdiyi “LONKİNG LG30DT” markalı, **- BA-*** dövlət qeydiyyat nömrə nişanlı ağır yükləyici ilə yolun sağ kənarından yola çıxan zaman Zərərçəkmiş şəxs məxsus “Naz Lifan” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs maddi zərər dəyməsi onun özünün izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. İşdə olan "xxxx" Avtomotoservis və Ticarət Firmasının 02 aprel 2024-cü il tarixli, 046 nömrəli yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün tərtib olunmuş Ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs məxsus “Naz Lifan” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 915 (doqquz yüz on beş) manat olaraq qiymətləndirilir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 29 mart 2024-cü il tarixli 258 saylı protokoldan görünür ki, Şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 29 mart 2024-cü il tarixli 257 saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə müəyyən edildi ki, yol-nəqliyyat hadisəsi zamanı “Naz Lifan” markalı, **- BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş maddi zərər Şəxs tərəfindən aradan qaldırılmışdır. Zərərçəkmiş şəxs zərərlə bağlı heç bir tələbi yoxdur. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta əməlini töərətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-269/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-269/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver