Məhkəmə qərarları › İş №3(020)-271/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-271/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-271/2025 14.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Quliyev Vəkil Yelmar oğlunun, Zərəçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1983-cü il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Beyləqan şəhəri,S.İmrəliyev küç ev 63, məzil 39-da qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon polis şöbəsinin X16 Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 11183” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri Bəhruz Kəngərli küçəsi ilə hərəkətdə olarkən sağa dönərkən qarşıdan gələn X4 idarə etdiyi “Toyota Prado” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı X5 məxsus avtomobilə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 may 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis kapitanı X6 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 11183” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri Bəhruz Kəngərli küçəsi ilə hərəkətdə olarkən sağa dönərkən qarşıdan gələn X4 idarə etdiyi “Toyota Prado” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yolnəqliyyat hadisəsi zamanı X5 məxsus avtomobilə maddi ziyan dəymişdir. Hadisədən xəbərdar olduqdan sonra yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə gedərək yol-nəqliyyat hadisəsinin baş vermə halları araşdırılmış, araşdırma zamanı Şəxs tərəfindən idarə edildiyi və onun nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı məlum olmuşdur. Ona görə də Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ərinin halı pis olduğu üçün xx.xx.2025ci il tarixdə, saat 18:10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 11183” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri Bəhruz Kəngərli küçəsi ilə hərəkətdə olarkən sağa dönərkən qarşıdan gələn X4 idarə etdiyi “Toyota Prado” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı X5 məxsus avtomobilə maddi ziyan dəymişdir.Toqquşma zamanı xəsarət almamışdır. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18:10 radələrində oğlu X4 idarə etdiyi “Toyota Prado” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri, Bəhruz Kəngərli küçəsi ilə hərəkətdə olarkən Gəncə küçəsi ilə hərəkətdə olan “VAZ 11183” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa dönərkən yoluna çıxıb toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə maddi ziyan dəymişdir.Hadisə zamanı oğlu xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AD seriyalı 687149 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 11183” minik markalı, **-BN-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. AD seriyalı 685461 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prado” markalı, **-SG-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7r. xx.xx.2022-ci il tarixli etibarnamənin surətin görünür ki, X2 mülkiyyətində olan “Toyota Prado” markalı, **-SG-*** markalı avtomobilin idarə edilməsi X8 etibar edilmişdir. Etibarnamə xx.xx.2029-cu il tarixə qədər etibarlıdır. "Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, Şəxs idarə etdiyi “VAZ 11183” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri Bəhruz Kəngərli küçəsi ilə hərəkətdə olarkən sağa dönərkən qarşıdan gələn X4 idarə etdiyi “Toyota Prado” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi nəticəsində inzibati xəta törətdiyindən o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157-188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206208, 211.1,221, 227, 229, 232-1,251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4-332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2-339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368-379, 381-383, 387-388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 562.1 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401-404, 406-409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1,441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464-466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479- 481,482.1,496.2, 499.2, 502-504, 506-508, 510, 511, 513, 515-517, 517-1, 517-2, 520, 523, 525-535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549-554, 558-561, 562.2, 563.2, 567-569, 571, 573, 574, 590-592, 592-1, 594-596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə,ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1 -ci maddəsinə əsasən "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -66.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Beləliklə məhkəmə hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və X10 göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Quliyev Vəkil Yelmar oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 33 (otuz üç) manat ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Quliyev Vəkil Yelmar oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 33 (otuz üç) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar