Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-272/2025 13.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-cı ildə Beyləqan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 13 may 2025-ci il tarixdə Beyləqan Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş 13 may 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında Protokol daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin e-2-2(008)-7625/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 19 iyul 2011-ci il təvəllüdlü X1 üçün X5 nəfinə ödədiyi alimentin miqdarı artırılaraq hər uşağa 154 manat sabit pul məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin e-2-2(008)-7625/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin e-2-2(008)- 7625/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədini qərəzli olaraq icra edilməməsinə görə Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş və 2025-ci ilin yanvar ayında cəzasını çəkib qurtarmış və sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat və xx.xx.2025-ci il tarixdə 200 manat ödəniş etmişdir. Tələbkar isə borclunun aliment borcunu birdəfəlik ödəməsini tələb edir. Şəxs isə həmin borcu birdəfəlik ödəməkdən imtina edir. Ona görə də Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7625/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan bir uşağın saxlanılması üçün X5 xeyrinə ödədiyi alimentin miqdarı artırılaraq bir uşağa 154 manat sabit pul məbləğində müəyyən edilmişdir. Onun alimenti ödəməyə maddi imkanı olmadığına görə aliment borcu yığılmış və həmin borca görə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən, o, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2025-ci ilin yanvar ayında cəzaçəkmə müəssisəsindən çıxmış və ondan sonra hər ay 200 manat olmaqla, ümumilikdə 600 manat məbləğində aliment ödəmişdir. Tələbkar isə onun əvvəlki illərə görə yaranmış aliment borcunun ödənilməsini tələb edir ki, onun həmin borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Qalan aliment borcunu alimentlə birlikdə hər ay hissəhissə ödəyəcəkdir. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7625/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, 19 iyul 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Şəxs hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar X6 ödənilməlidir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7625/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış və Şəxs tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(02)-9/2024 saylı hökmünə əsasən, Şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. “Mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat və xx.xx.2025-ci il tarixdə 200 manat ödənişi X2 hesabına ödəmişdir. Proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarını və icra işinin materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 7625/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Şəxs yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7625/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2018-ci il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-4642/2013 saylı və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7625/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri üzrə yığılmış 15039 manat məbləğində aliment borcunu ödəməməsinə görə Beyləqan Rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2025-ci ilin yanvar ayında cəzasını çəkib qurtarmışdır. Cəzasını çəkib qurtardıqdan sonra isə xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat və xx.xx.2025-ci il tarixdə 200 manat olmaqla mütəmadi ödənişlər etmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Şəxs aliment ödənişlərini ödəməkdən qərəzli şəkildə yayınmır və ona təyin edilmiş azadlıqdan mərhumetmə cəzasını çəkib qurtardıqdan sonra mütəmadi olaraq aliment ödəmiş və icra sənədinin icrası ilə bağlı hər hansı bir hərəkətsizlik göstərməmişdir. Beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə məsuliyyətin yaranması üçün həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin və yaxud hərəkətsizliyin borclu tərəfindən törədilməsi müəyyən olunmalı və bu halların olması protokolu tərtib etmiş şəxsin topladığı sübutlarla sübut edilməlidir. Lakin, yuxarıda təsvir edilənlərdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın bütün tərkib əlamətləri və həmin inzibati xətanı sübut edən hallar müəyyən edilmədən, hətta inzibati xətanın mahiyyəti göstərilmədən - borclu Şəxs barəsində 13 may 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında Protokol tərtib edilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib olunmuş 13 may 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair X3 əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: 13 may 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında Protokol üzrə əməlində inzibati xəta tərkibi olmadığı üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında olan iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-272/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-272/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver