Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-273/2025 13.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis kapitanıX1nun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Milabad qəsəbəsində, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonun Milabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində Beyləqan RPŞ-nin inzibati binasında səs küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis kapitanı X1 protokolu müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində Beyləqan RPŞ-nin inzibati binasında müstəntiq Rəşad Novruzovun otağında olan vaxt Şəxs atasının avtomobilinin qaçırılması barədə ərizə ilə şikayət olunduğu bildirilmişdir. Həmin vaxt Şəxs yüksək səslə qışqırıb ünvansız söyüşlər söyməyə başlamışdır. Şəxs qışqırıq səsinə gündəlik istintaqəməliyyat qrupunun üzvləri Beyləqan RPŞ-nin NH-nin məsul növbətçisi Səlim Ağayev, məsul növbətçi köməkçisi Nicat Cəlallı və növbətçi hissənin sürücüsü Fridun Mehtizadə gəlmişdirlər. Həmin vaxt onlar onu nizam intizama dəvət etmişlər. Lakin həmin şəxs öz hərəkətlərini davam etdirərək qəsdən polisin qanuni tələbinə tabe olmamışlar. Bundan sonra hadisə yerində olan polis əməkdaşlarının izahatlarını almış və Şəxs barəsində İXMnin 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində Beyləqan RPŞ-nin inzibati binasında müstəntiq Rəşad Novruzovun otağında olan vaxt onun atasının avtomobilinin qaçırılması barədə ondan ərizə ilə şikayət olduğunu bildirilmişdir.Həmin vaxt əsəbləşərək yüksək səslə qışqırıb ünvansız söyüşlər söyməyə başlamışdır.Əməlidən peşmandır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin İB-nin müstəntiqi X6 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində Beyləqan RPŞ-nin inzibati binasında onun otağında olan vaxt Şəxs atasının avtomobilinin qaçırılması barədə ərizə ilə şikayət olunduğu bildirilmişdir. Həmin vaxt Şəxs yüksək səslə qışqırıb ünvansız söyüşlər söyməyə başlamışdır. Şəxs qışqırıq səsinə gündəlik istintaq-əməliyyat qrupunun üzvləri Beyləqan RPŞ-nin NH-nin məsul növbətçisi Səlim Ağayev, məsul növbətçi köməkçisi Nicat Cəlallı və növbətçi hissənin sürücüsü Fridun Mehtizadə gəlmişdirlər. Həmin vaxt biz onu nizam intizama dəvət etdik. Lakin həmin şəxs öz hərəkətlərini davam etdirərək qəsdən polisin qanuni tələbinə tabe olmamışlar. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin NH-nin məsul növbətçi köməkçisi polis baş serjantı X7 və növbətçi hissənin sürücüsü polis serjantı X2 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin İB-nin müstəntiqi polis kapitanı X6 ilə eyni məzmunda ifadə verərək X3 ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, AZA 022021 №-li protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, şahid ifadələri, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:30-dən hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-273/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-273/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver